ADPU Şəki filialı

Əlaqə vasitələri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti praktik seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və birliyin üzvləri iştirak ediblər. “Diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası” mövzusuna həsr olunmuş praktik seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ikinci tədris ili tələbələri Günel İbrahimli və Aişə Əlibəyovanın təqdimatında diqqət əskikliyi və hiperaktivlik pozuntusunun əlamətləri, yaranma səbəbləri və müalicəsi haqqında ətraflı məlumat verilib. Tələbələr 3 yaşdan 12 yaşa qədər diqqət əskikliyi və hiperaktivlik pozuntusu olan uşaqlarla aparılan korreksiya məşğələ nümunələri təqdim edib, bir neçə nümunəni praktik şəkildə tətbiq ediblər. Sonda GPB rəhbəri Ramazanova Kəmalə tələbələrə praktik seminarın təşkilinə görə öz minnətdarlığını bildirib.