Print

12 – 26 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin dəstəyi ilə "Professional özünütəqdimetmə və karyera bacarıqları” adlı layihə uğurla həyata keçirilib. Layihə ADPU-nun Şəki filialının tələbəsi, eyni zamanda nitq və şəxsi inkişaf üzrə təlimçi Arzu Şahvələdova tərəfindən icra olunub. Təlimlərdə tələbələrdə özünü professional şəkildə təqdimetmə, effektiv ünsiyyət, nitq və diksiya, karyera planlaması və işgüzar bacarıqlar inkişaf etdirilib, əmək bazarına və sosial mühitə daha hazırlıqlı olmaları üçün onlara praktiki biliklər aşılanıb. Təlimlər nəticəsində tələbələr nəzəri biliklərə kifayətlənməklə yanaşı, müxtəlif sahələr üzrə onlayn təlimlərə də qoşulublar. Tələbələrdən Gülnaz Ələkbərli “Psixologiya”, Türkan Əbdürəhmanova “İnsan resursları və təlimçilik”, Mədinə Həsrətova “Qrafik dizayn”, Elyanur Şıxalıyeva “İnsan resursları” və “Qrafik dizayn”, Nərgiz Quliyeva “Pedaqogika”, Aydəniz Səmədova və Səadət Əhmədova isə “Biznesin idarə olunması” sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Ümumilikdə layihə tələbələrin şəxsi və peşəkar inkişafına müsbət təsir göstərib, onların gələcək karyera planlamasını daha şüurlu və məqsədyönlü şəkildə aparmalarına töhfə verib.