Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Konstitusiya və suverenlik ili” çərçivəsində təşkil olunan konfranslarda fəal iştirak edən bir qrup əməkdaş filialın direktoru dosent Vurğun Məmmədovun müvafiq əmrinə əsasən, Təşəkkürnamə ilə təltif edilib. Dekabrın 26-da filial direktoru həmin əməkdaşlarla görüşub və təşəkkürnamələr onlara təqdim olunub. Görüşdə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov çıxış edərək onun və həmkarlarının işinə verilən dəyərə görə rəhbərliyə təşəkkürünü bildirib və bundan sonra da konfransların, mədəni-kütləvi tədbirlərin təşkilinə rəhbərlik etdiyi kafedra əməkdaşları ilə birgə lazım olan dəstəyi göstərəcəklərini bildirib. Görüşün sonunda elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev 2025-ci il ərzində filialda təşkil olunan konfranslar, onların əhəmiyyəti barədə məlumat verib və konfransların təşkilinə sərait yaradılmasına və göstərilən dəstəyə görə filial rəhbərliyinə təşəkkür edib, eləcə də fəal iştirak edən müəllimlərə minnətdarlığını bildirib. Görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.