Print

10 may - bütün türk dünyasının iftixarı, dünya şöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü günüdür.
Heydər Əliyev kimi qüdrətli rəhbər, sərkərdə, fenomen, müdrik bir insan yetişdirdiyinə görə Azərbaycan xalqı xöşbəxt xalqdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət, Ulu öndərin əbədiyaşar ideyaları Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparacaq.
Biz bu böyük insanı 100 illik yubiley günündə hörmətlə anırıq.