Print

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər davam edir. Mayın 19-da filialda bu münasibətlə "Sükut burda qızıl deyil" adlı intellektual yarış keçiriliib. Filialın Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən ibarət 20-yə yaxın komanda iştirak edib. Üç mərhələdə keçirilən yarışın nəticələrinə əsasən, “Legend” komandası 1-ci, “Uğur” komandası 2-ci, “Evrika” komandası 3-cü yerə sahib olub. Qalib komandaları təmsil edən tələbələrə diplomlar təqdim olunub.