Mayın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubu”nun təşkil etdiyi “Dünənim, bu günümsən” adlı intellektual yarış keçirilib. Yarışda “Xarici dil (fransız dili) müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Aysun Kərimli l, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Dinarə Fərhadova ll, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Şəbnəm İsayeva və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Gülər Cabbarova lll yerə layiq görülüblər. Qaliblər mükafatlandırılıb.