Print 

ADPU-nun Şəki filialında tədris prosesində İKT-nin tətbiqinin yaxşılaşdırılması ilə yanaşı, təhsilalanların gələcək peşə fəaliyyətində İKT-dən istifadə bacarıqlarına yiyələnmələrinə də xüsusi diqqət yetirilir. Filialın İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi bu məqsədlə müxtəlif tədbirlər təşkil edir. Belə tədbirlərin davamı olaraq, dekabrın 30-da “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının tələbələri arasında “İKT yenilikləri haqqında ən yaxşı təqdimat” mövzusunda müsabiqə keçirilib.
Müsabiqədə İnformasiya və kommunikasiya texnologiyası şöbəsinin müdiri baş müəllim G.Abdurahmanovanın rəhbərliyi, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri G.Qarayeva, N.Cəbrayılova, U.Əbdürrəhimova, müəllimi G.Əlievanın iştirakı ilə 14 nəfər tələbənin çıxışı dinlənilib. Həmin ixtisasın ll tədris ilinin tələbələri Ayçiçək Abdurahmanlı I, Gülyaz Məmmədova II, Gülşən Əhmədli III yerə layiq görülüblər.
Qalib tələbələrə hədiyyələr təqdim olunub.