Dekabrın 17-də İsmayıllı şəhərində keçirilən, şəhid Famil Əhmədzadənin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə "Regional Azərbaycan kuboku"nun final mərhələsi keçirilib. Yarışda iştirak edən Şəkinin "Bayrakdar" komandası 16 komanda arasında fərqlənərək, ikinci yeri qazanıb.
Qeyd edək ki, ADPU-nun Şəki filialının tələbələri də “Bayrakdar” komandasının tərkibində yarışda iştirak ediblər. Komandanın bütün üzvlərini təbrik edir, daha böyük uğurlar arzulayırıq.