Print 

Aprelin 28-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonunda gənclər arasında mədəniyyət mövzularını əhatə edən intellektual bilik yarışı keçirilib. Bilik yarışı Şəki, Zaqatala, Qax, Balakən və Oğuz rayonlarını təmsil edən komandalar arasında keçirilib. ADPU-nun Şəki filialının IV tədris ili tələbəsi Aysənur İsmayılova, V tədris ili tələbəsi Sabir Məmmədzadə də Şəkini təmsil edən komandanın tərkibində yarışda iştirak ediblər.
Yarışın yekun nəticələrinə əsasən, Şəki şəhərinin komandası I, Zaqatala komandası II, Oğuz və Balakən komandaları III yerə, Qax rayon komandası isə IV yerə layiq görülüb.
Qaliblərə yarışın təşkilatçıları tərəfindən hədiyyələr təqdim olunub.