İyunun 25-də ADPU-nun Şəki Filialında 26 iyun -"NARKOTİKADAN İSTİFADƏYƏ QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ"nə həsr olunmuş "Həyat yolunu özün seç!" adlı maarifləndirici seminar keçirilib.
Filialın professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən seminarı filialın elmi işlər üzrə direktor müavini, dos.Nuralı Çələbiyev giriş sözü ilə açaraq, bəşəriyyətin ciddi bəlalarından biri olan narkotika aludəçiliyi və asılılığının, psixotrop maddələrdən istifadənin törətdiyi ağır nəticələrdən bəhs edib, iştirakçılara "ağ ölüm" adlandırılan bu bəlaya qarşı dövlət səviyyəsində aparılan məqsədyönlü tədbirlər və "Dövlət Proqramları" haqqında məlumat verib.
Seminarda filialın Təbiət fənləri və onların texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva "Həyat yolunu özün seç!" adlı təqdimatla çıxış edib, Humanitar fənlər kafedrasının müəllimi, hüquqşünas Natiq Salamov müasir dövrdə narkotik maddələrdən istifadəyə və onun qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən, doğurduğu hüquqi məsuliyyət haqqında tələbə-gənclərə geniş məlumat verib.
Açıq fikir mübadiləsi şəraitində keçən seminar tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.