Print 

Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, xalqın sevimli oğlu, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə ADPU-nun Şəki filialında silsilə tədbirlər davam edir. Dekabrın 12-də filialın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “ON1000" proqramı çərçivəsində Heydər Əliyevin anım gününə həsr olunmuş bilik yarışı keçirilib. Yarış Ulu Öndərin həyat və çoxşaxəli fəaliyyyətini əhatə edən suallar əsasında təşkil edilib. Yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət 16 komanda iştirak edib. İki mərhələdə keçirilən yarışda birinci yerə “Xudayar”, ikinci yerə “Bayraqdar”, üçüncü yerə “Fuego” komandası sahib olub.
Qalib gələn komandaların üzvlərinə l, ll, lll dərəcəli diplomlar təqdim olunub