Print 

 Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti iclası keçirilib. İclasda   TEC-in sədri baş müəllim Səadət Feyzullayeva, kafedra əməkdaşları, cəmiyyətin idarə heyətinin  üzvləri  iştirak ediblər. Əvvəlcə TEC sədri b.m.Səadət Fezullayeva çıxış edərək, tələbə elmi tədqiqat işlərinə verilən  tələblər haqqında danışıb və kafedralar üzrə tələbələrin elmi tədqiqata cəlb olunma vəziyyətinə dair məlumat verib. Sonra filialın Filologiya fakültəsinin dekan müavini baş müəllim Pakizə Əliyeva   tədqiqat işləri üçün mövzuların seçilməsinə verilən tələblər və akademik yazı üslubu, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Günel Əliyeva tələbə elmi tədqiqat işlərinin təqdimatına verilən tələblərlə bağlı çıxış ediblər. İclasda tələbələrə müxtəlif  İKT proqramlarından səmərəli istifadəyə dair metodik tövsiyələr verilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.