Mayın 13-də ADPU-nun Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "Brain ring" yarışı təşkil olunub. Yarışda filialın tələbələrindən ibarət 16 komanda iştirak edib. İlk üç yer uğrunda mübarizə gedən yarışda "Athena" komandası birinci, "Beş yüz" komandası ikinci, "Veni vidi vici" komandası isə üçüncü yerə layiq görülüb.
Yarışın sonunda qalib komandaların üzvləri mükafatlandırılıb.