Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Şəkiyə gəlmiş Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, türkdilli ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, elm adamları, ziyalılar may ayının 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında olublar. Qonaqların ADPU-nun Şəki filialının professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib. Görüşdə millət vəkili Cavanşir Feyziyev, Qazaxıstan, Türkmənistan, Qırğızıstanın Azərbaycandakı səfirləri, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, ADPU-nun Şəki filialının baş müəllimi Vaqif Aslan, filialın əməkdaşları – t.ü.f.d., b.m. Vüsal Baxışov, b.m. Həbibulla Manaflı və b. çıxış edərək Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığından, onun ana dilimizin inkisafına verdiyi töhfələrdən, Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevilir.
Görüş zamanı türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı məsələlərinə toxunulub.
Sonda qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.