16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universi- tetinin Şəki filialının 2022-2023-cü tədris ilinin ilk Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 27 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak edib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent R.A. Rasulov Elmi Şura üzvlərini və filial əməkdaş- larını yeni tədris ilinin başlanması ilə əlaqədar təbrik etdikdən sonra ADPU-nun Elmi Şura iclasının qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri Şura üzvlərinin və iclas iştirakçılarının diqqətinə çatdırıb. Sonra Elmi Şura sədri Elmi Şuranın müzakirəyə çıxaracağı iclas gündəliyi ilə iştirakçıları tanış edib. Elmi Şurada filialın elmi işlər üzrə direktor müavini, dosent N.Z. Çələbiyev “Filialın Elmi Şurasının və struktur bölmələrin 2022-2023 - cü tədris ilinin I yarısı üçün iş planları və gündəliklərinin müzakirəsi və təsdiqi haqqında”, filialın tədris işləri üzrə direktor müavini, dosent Gulara Abdulla- yeva “2022-2023-cü tədris ili üçün filiala tələbə qəbulunun yekunları və qarşıda duran vəzifələr haqqında”, Filialın “Keyfiyyətin təminatı” şöbəsinin müdiri Nərminə Zülfəli qızı Nəsrullayeva “İnstitutsional qiymətləndirmə ilə əlaqədar qarşıda duran vəzifələr” haqqında məlumat vermişlər.
Qeyd olunmuşdur ki, 2021-2022-ci tədris ilində filialda 9 ixtisas üzrə 913 nəfər tələbə təhsil almış, cari ildə 182 nəfər tələbə bakalavr təhsilini başa vuraraq respublikamızın və xarici ölkələrin nüfuzlu ali məktəblərinin magistraturalarına sənəd vermiş, 47 nəfər məzundan 13 nəfəri magistra tura təhsili almaq hüququ qazanmışlar.
Elmi Şurada həmçinin ADPU-nun Şəki filialının Elmi Şurasının, bölmə və strukturlarının illik iş planları müzakirə edilərək təsdiq edilmişdir.
Gündəliyə çıxarılmış məsələlər Elmi Şura üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra yekdil qərarlar qəbul edilmişdir.