Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC İB) təşkilatçılığı ilə 29 noyabr - 2 dekabr tarixlərində Şəki şəhərində gənclərin debat və natiqlik bacarıqlarının inkişafına yönəlmiş “Hüquqi debat” təlimləri keçirilib. Təlimlərin əsas məqsədi gənclərin analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, onların ictimai fəallığını və sosial təşəbbüslərdə iştiraka marağını artırmaq, həmçinin region gəncləri arasında şəbəkələşmə və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarət olub. Təlimlərdə 200-ə yaxın gənc iştirak edib və onlara hüquqi debat formatı, arqumentasiya, analitik düşüncə və mövzuların hüquqi çərçivədə təhlili üzrə bilik və bacarıqlar aşılanıb. Proqram interaktiv müzakirələr və praktiki debat tapşırıqları ilə zəngin olub. Təlimlərin sonunda keçirilən nümunəvi debat nəticəsində gənclər öyrəndikləri bilik və bacarıqları praktiki şəkildə sınaqdan keçiriblər.