Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təhsil alan tələbələrin intellektual bacarıqlarını inkişaf etdirmək, elmi biliklərini daha da dərinləşdirmək və fənlərə olan marağını artırmaq məqsədilə hər il təşkil olunan fənn olimpiadalarına bu il də start verilib. Bu münasibətlə, mayın 15-də filialda Karyera mərkəzinin təşkilatçılığı ilə müxtəlif fənlər üzrə olimpiada keçirilib. Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, həyat bilgisi, informatika, pedaqogika, ingilis dili və fransız dili fənlərini əhatə edən olimpiadada 80-ə yaxın tələbə iştirak edib və onlar müəyyən olunmuş vaxt ərzində təqdim olunan sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yaxın günlərdə olimpiadanın nəticələri elan olunacaq. Müsabiqədə fərqlənərək I, II və III yerlərə layiq görülən tələbələr Fəxri Fərman və diplomlarla təltif ediləcəklər.
Qeyd edək ki, bu cür tədbirlər tələbələrin intellektual inkişafına təkan verməklə yanaşı, onların elmi fəaliyyətə marağının artırılmasına da xidmət edir.