- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 2162
Nərminə Zülfəli qızı Nəsrullayeva
Keyfiyyətin təminatı şöbəsi
QISA BİOQRAFİK MƏLUMAT
Nərminə Zülfəli qızı Nəsrullayeva 1982-ci il fevral ayının 11-də Şəki şəhərində anadan olub.1999-cu ildə Şəki şəhər M. Füzuli adına 3 saylı orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dillər Universitetinə daxil olmuşdur. 2003-cü ildə həmin universiteti bakalavr pilləsi üzrə müvəffəqiyyətlə bitirərək ADU-nun magistratura bölməsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 2006-cı ildə magistr pilləsini müvəffəqiyyətlə başa vurmuş, həmin ilin fevral ayından etibarən Azərbaycan Kooperasiya Universitetinin “Xarici dillər-2” kafedrasında 1 ştat müəllim vəzifəsində işləmişdir.
2006-cı ilin noyabr ayında vəzifəsindən ayrılaraq ailə qurmuş və daimi yaşayış yerini Rusiya federasiyasının Sankt Peterburq şəhərinə dəyişmişdir. 2013-cü ildə Azərbaycana qayıtmış və 2014-cü ildən ADPU- nun (keçmiş Azərbaycan Müəllimlər İnstitutunun) “Dillər” kafedrasında 1 ştat müəllim kimi işə başlamışdır.Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1999-2003 Azərbaycan Dillər Universiteti bakalavr pilləsini fərqlıənmə(qırmızı diplom) ilə bitirib.
2003-2006 Azərbaycan Dillər Universiteti magistr pilləsini fərqlənmə (qırmızı diplom) ilə bitirib.
2018-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantıdır.
ƏMƏK FƏALİYYƏTİ
2003-2005- ci illər Bakı çəhəri 205 saylı orta məktəbdə ingilis dili müəllimi kimi;2004-2006-cı illər Azərbaycan Kooperasiya Universitetində əvvəl laborant, sonra isə ingilis dili müəllimi kimi;2014-cü ildən indiyədək ADPU-nun Şəki filialında ingilis dili müəllimi kimi, 2019-2020 ci illər Avropa İttifaqının maliyyə dəstəyi ilə RİİB-in həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində regional koordinator/təlimçi kimi;2021-ci ilin noyabr ayından isə filialda “Keyfiyyətin təminatı” şöbəsinin müdiri kimi işləyir.
TƏDQİQAT SAHƏSİ
İngilis dilinin fonetikası
İngilis və fransız dilində intonasiya, ara söz və ara cümlələrin intonasiyası
BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2018, 25-26 oktyabr, Azərbaycan Dillər Universiteti, Azərbaycan, ingilis və fransız dillərində ara söz və ara cümlələrin xüsusiyyətləri// Tətbiqi Dilşiliyin Problemləri, II beynəlxalq konfransın tezisləri, Bakı.
2020, 25-26 avqust, Fransız dilində ara sözlər epistemik modallıq göstəriciləri kimi // Bəxtiyar Vahabzadənin 95 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans, Kars, Türkiyə
2021,23 yanvar, Fransız dilində koqnitiv feillərin ara cümlələrdə işlədilməsi //Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş X Beynəlxalq Elmi Simpozium, Stokholm Isveç.
ELMİ VƏ METODİKİ MƏQALƏLƏRİ
2016, Bakı, ADU, İngilis dilində feillərlə işlənən sözönülər// Elmi xəbərlər, № 1
2017, Bakı ADU, İngilis dilində dişarası samitlərin tələffüzü // Elmi xəbərlər, cild 2 № 1
2018 Bakı, Fransız dilində ara elementlərin formalaşmasına və inkişafına görə müxtəlifliyi //Filologiya məsələlər, №14
2019, Bakı, Fransız dilində ara söz və ara cümlələrdə modallığın ifadə tərzi //Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2
2020, Bakı, Fransız dilində modallıq linqvistik kateqoriya kimi // Filologiya məsələlər, № 4
2021, Gəncə, Fransız dilində ara söz, ara söz birləşmələri və ara cümlələrin cümlə daxilində mövqeyi // Elmi Xəbərlər № 2
“KEYFIYYƏTIN TƏMINATI” ŞÖBƏSİ
“Keyfiyyətin təminatı” şöbəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Elmi Şurasının qərarı və direktorun 10 noyabr 2021-ci il əmri ilə təsdiq edilmiş Əsasnaməyə əsasən fəaliyyət göstərən struktur vahididir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil və elm sahələrinə dair qanunvericiliyini, ADPU-nun Nizamnaməsi, ADPU-nun Şəki filialının və şöbənin Əsasnaməsini rəhbər tutur. “Keyfiyyətin təminatı” şöbəsi filialda keyfiyyət mədəniyyətinin formalaşdırılması, tədris prosesinin yaxşılaışdırılmasını, tədris proqramları, tədris materiallarının keyfiyyətinin artırılması, müvafiq strukturlar arasında koordinasiyanın təşkili, semestr imtahan larının nəticələrinin akademik və statistik təhlilini, filialda təlim və tədris prosesinin artırılması məqsədi ilə seminar və təlimlərin təşkilini həyata keçirir. Şöbədə şöbə müdiri, iki mütəxəssis və iki operator çalışır.
Şöbə müdiri: Nəsrullayeva Nərminə Zülfəli qızı
Mütəxəssis: Əşrəfli Rəvanə Elman qızı
Mütəxəssis: Osmanova Gültən Heydər qızı
Operator: Məmmədova Sevonc Əli qızı