Print 

ADPU-nun Şəki filialının direktoru dos. Rafiq Rasulov Vətən müharibəsində qələbəyə həsr olunmuş “Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik, Biz Vətən naminə ölsək, dirilərdən diriyik!” adı altında tələbələr arasında keçirilən müsabiqənin qalibləri ilə görüşüb. Dos. Rafiq Rasulov Vətən müharibəsində qələbənin çox böyük bir tarixi hadisə olduğunu vurğulayaraq, ərazi bütövlüyümüzün təmin olunmasından, bu qələbəni təmin edən əsas amillərdən danışıb və müsabiqədə qalib gəlmələri münasibətilə tələbələri təbrik edərək, onlara uğurlar arzulayıb. Sonra müsabiqənin qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Görüşdə filialın tərbiyə işləri üzrə təşkilatçısı baş müəllim Xuraman Həmidova, Humanitar fənlər kafedrasının əməkdaşları, baş müəllimlər Rasimə Əhmədova və Nübar İbrahimova da iştirak ediblər.
Sonda xatirə şəkilləri çəkilib.