Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Təhsildə Keyfiyyət Təminatı Agentliyiniun Təlim və metodologiya şöbəsi tərəfindən "Daxili keyfiyyət təminatı sisteminin qurulması və monitorinq meyarlarının müəyyən olunması" adlı təlim keçirilib. Təlimdə filialın rəhbərliyi, struktur, bölmə və şöbə rəhbərləri, dekanlar , tütor və müəllimlər olmaqla, 45 əməkdaş iştirak edib. Təlimdə yeni akkreditasiya qaydaları izah edilib, daxili keyfiyyət təminatı sisteminin formalaşdırılması, hüquqi sənədlərin hazırlanması və s. kimi məsələlər müzakirə olunub. Təhsildə Keyfiyyət Təminatı Agentliyiniun Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovun apardığı təlim üç gün davam edib və uğurla başa çatıb.