Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bir əsrlik elmi yol: türkoloji qurultaydan müasir tədqiqatlara” adlı elmi konfrans keçirilib. Konfrans həm əyani, həm də onlayn formatda keçirilib. ADPU-nun Şəki filialının 8 nəfər əməkdaşı da konfransda iştirak edib. Konfransın açılış mərasimində filialın direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov təbrik nitqi ilə, panel müzakirədə Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva “Azərbaycan dilində inversiyanın mənayaratma imkanları” mövzusunda çıxış ediblər.