29 noyabr 2021-ci il tarixində ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının doktorantı İbrahim Məmmədrəhim oğlu Abdulsəlimli 6312.01-“Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi” ixtisasında sosiologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan təhsil sistemində keyfiyyətin təminatı problemlərinin təhlili” mövzusunda dissertasiyasını AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdindəki BED 3.02 – Birdəfəlik Dissertasiya Şurasının üzvlərinin yekdil qərarı ilə uğurla müdafiə etmişdir. Bu uğur münasibətilə İbrahim müəllimi filialın professor-müəllim heyəti adından səmimi qəlbdən təbrik edir, ona elmi fəaliyyətində və şəxsi həyatında daha yüksək zirvələri fəth etməyi arzulayırıq.