Print 

Noyabrın 2-də Şəki şəhərində 8 Noyabr -Zəfər Günü münasibətilə "Kudos" intellektual oyunu keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının məzunu Pakizə Aydının təşkilatçılığı ilə keçirilən yarışda “Bangoniya” komandası 10 mərhələdən ibarət mövsüm oyununun qalibi olub. Qeyd edək ki, qalib komandada ADPU-nun Şəki filialının tələbəsi, Tələbə Elmi Cəmiyyətinin üzvü Arif Salmanlı və filialın məzunları Gülnar Cəbrayılova, Şəbnəm Kərimova, Aişənur İsmayıllı da iştirak ediblər.
Qalib komanda üzvləri kubok və medalla təltif olunublar.