21 dekabr 2021-ci il tarixdə AMEA - nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə ADPU-nun Şəki filialında dünyaşöhrətli klassik Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı AMEA – nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları - Elmi Kitabxananın “İnnovativ layihələr və metodik təminat” şöbəsinin müdiri Səyyarə Məmmədova, şöbənin baş mütəxəssisi Alidə Həsənova, Elmi Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondunun baş kitabxanaçısı Həbibə Əliyeva, “Komplektləşdirmə” şöbəsinin baş kitabxanaçıları Gülbahar Abdullayeva və Kəmalə Cavadova, “İctimaiyyətlə əlaqələr və informasiya” şöbəsinin əməkdaşı Röya İsrafilova ilə ADPU-nun Şəki filialının professor-müəllim və tələbələrinin görüşü keçirilmişdir. Görüşdə AMEA – nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün giriş sözündən sonra AMEA – nın Mərkəzi Elmi Kitabxanasının “İnnovativ layihələr və metodik təminat” şöbəsinin müdiri Səyyarə Məmmədova 2021-ci il - “Nizami ili” ilə bağlı AMEA – nın Mərkəzi Elmi Kitabxanasında görülmüş işlərlə əlaqədar müəllim və tələbələrə geniş məlumat vermiş, AMEA – nın ayrı-ayrı strukturlarında çalışan Nizamişünas alimlərin qələmindən çıxmış 20- dən artıq yubiley nəşrlərini ADPU-nun Şəki filialının Elmi Kitabxanasının fonduna hədiyyə etmişdir.
Görüşdə həmçinin ADPU-nun Şəki filialının Elmi işlər üzrə direktor müavini, dosent N.Z. Çələbiyevin, filialın Elmi Katibi, filologiya üzrə fəlsəfə doktoru K.F. Adişirinovun və filialın “Humanitar fənlər” kafedrasının baş müəllimi P.İ.Əliyevanın Nizaminin sənət və fikir dünyası ilə bağlı çıxışları dinlənilmiş, Nizami irsinin dərindən öyrənilməsi ilə bağlı tələbələrə dəyərli tövsiyələr verilmişdir.
AMEA – nın Mərkəzi Elmi Kitabxanasının “İnnovativ layihələr və metodik təminat” şöbəsinin müdiri Səyyarə Məmmədova səmimi qarşılanmaya və yaradılan şəraitə görə AMEA – nın Şəki Regional Elmi Mərkəzinin direktoru dosent Y.H.Şükürlüyə və ADPU-nun Şəki filialının rəhbərliyinə Akademiya rəhbərliyi adından dərin təşəkkürünü bildirmişdir.