- Details
- Dərc edilib: 25 Fevral 2025
- Oxunma sayı: 249
Fevral 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Debat klubunun təşkiatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı yaddaşlarda dünən və bu gün” adlı tədbir keçirilib. Tədbirdə Debat klubunun sədri Nigar Məmmədli giriş sözü ilə çıxış edərək Xocalı faciəsinin başvermə səbəbləri və dünya miqyasında bu hadisəyə duzgün siyasi qiymət verilməsi istiqamətində dövlətimizin gordüyü işlərdən bəhs edib. Sonra faciə qurbanlarının xatirəsi sükutla yad edilib. Filialın Tələbə Həmkarlar İttifaqının sədri Günel Əliyevanın "Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması" mövzusunda məruzəsi dinlənilib. Tədbirə dəvət edilmiş Vətən müharibəsi qaziləri Ayxan Şükürlü, Yusif Mustafayev, Taleh Rəhimli, Fuad Abbasov, Bəxtiyar Səlimov, filialın ll tədtis ili tələbəsi Müsəllif Bəşirov çıxış edərək Azərbaycan xalqının tarix səhifəsinə qanla yazılmış Xocalı faciəsi, onun insanlıq adına böyük ləkə, Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli soyqırımı olmasından danışıb, Vətən müharibəsində qazanılan qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın və Xocalının azad edilməsi və Qarabağda aparılan möhtəşəm quruculuq işlərindən bəhs ediblər. Sonra filialın tələbəsi Fidan Yusifova şeir səsləndirib və videoçarx nümayiş olunub. Sonda tələbələrlə Xocalı faciəsi ilə bağlı müzakirə aparılıb.