Print 

Rəhimova Yeganə Abdulla qızıRƏHİMOVA YEGANƏ ABDULLA QIZI
“Dillər” kafedrasının baş müəllimi, Tələbə və tədrisin idarəolunması şöbəsinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT

5 iyun 1961-ci ildə Şəki şəhərində anadan olub. 1968-1978-ci illərdə Şəki şəhər 8 saylı orta məktəbdə oxuyub. 1981-1982-ci illərdə ADU-nun hazırlıq şöbəsi, 1982-1987-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsini bitirib. Ailəlidir, bir övladı var. Təhsili, elmi dərəcəsi və elmi adları 1982-1987-ci illərdə tələbə, 2000-ci ildən AMİ-nin Şəki filialında (2016-cı ildən ADPU-nun Şəki filialında) baş müəllim;

 

ƏMƏK FƏALİYYƏTİ

1987-1993-ci illər Şəki rayonunun Böyük Dəhnə kənd orta məktəbində müəllim; 1993-2000-ci ilər BDU-nun Şəki filialında laborant, müəllim, baş müəllim; 2000-2008-ci illərdə AMİ-nin Şəki filialının “Dillər” kafedrasında baş müəllimi; 2008-ci ilin sentyabr ayından AMİ-nin Şəki filialında Tədris şöbəsinin müdiri, 2016-cı ildən ADPU-nun Şəki filialında Tələbə və Tədrisin idarəolunması şöbəsinin müdiri, “Dillər” kafedrasında baş müəllimi;

TƏDRİS ETDİYİ FƏNLƏR

Azərbaycan dialektologiyası, Nitq mədəniyyətinin əsasları, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Azərbaycan dili tarixi, türk dillərinin müqayisəsi.

TƏDRİS ŞÖBƏSİ

Tədris şöbəsi 15 sentyabr 2008-ci il tarixdə yeni struktura uyğun olaraq filial direktorunun 02/ 68 saylı əmri ilə yaradılmışdır. Fəaliyyətin əsas istiqamətləri. Bakalavr təhsil pilləri üzrə hər tədris ili üçün dekanlıq tərəfindən hazırlanmış tapşırıqları müəyyən olunmuş normativ tələblərə uyğunluğunu yoxlayır, tapşırıqların müəyyən olunmuş müddətdə kafedralara paylanmasına, kafedra müdiri tərəfindən professor- müəllim heyəti arasında bölgüsünə nəzarət edir və tədris işləri üzrə müavinə təsdiq üçün təqdim edir;
-dərs yüklərinin bölgüsündən sonra kafedralar və ayrı-ayrı fənlər üzrə vakant qalan dərs yükləri barədə müdiriyyətə rəsmi məlumat verir;
-hər semestr üçün imtahan sessiyasına çıxarılan fənlərdən sualların kafedralar tərəfindən müəyyən olunmuş müddətdə tərtib olunub tələbələrə çatdırılmasına nəzarət edir;
-filialın professor-müəllim heyəti və saathesabı qaydada işləyən müəllimlər tərəfindən tədris yüklərinin yerinə yetirilməsinə nəzarət edir;
-tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və lazımı ünvanlara çatdırılmasını təmin edir;
-struktur bölmələrinin hesabatları əsasında filialın illik hesabatlarını hazırlayır.

Tədris şöbəsinin 10 işçisi vardır:

Müdir: b/müəllim Rəhimova Yeganə Abdulla qızı
Baş inspektor: Əhmadova Gülruh Əhəd qızı
Pedaqoji təcrübə rəhbəri: Bədəlova Asudə Şövkət qızıl

Baş mütəxəssis:
Məhərrəmova Amalya
Səmədova Şəfəq Vaqif qızı
Kərimova Aynur Nurəhməd qızı

Mütəxəssis:
İsmayılova  Arifə Məzahir qızı

Dispetçer: Rəsulova Samirə Qorxmaz qızı

Operator:
Məcidova Sədaqət Nadir qızı
Baqiyeva Fatma Aydın qızı