Print 

20 yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunmuş bir faciədir. Bu faciə qurbanlarının xatirəsini yad etmək, tariximizin qan yaddaşına nəzər salmaq məqsədilə artıq bir neçə gündür ki, ölkəmizin hər yerində müxtəlif silsilə tədbirlər keçirilir. Yanvarın 19-da ADPU-nun Şəki filialında da hüzn gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştitak ediblər. 20 yanvar faciəsinin qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bu hadisənin XX əsrdə ən dəhşətli faciə olması, onun başvermə səbəbləri haqqında iştirakçılara məlumat verilib. Filialın Humanitar fənlər kafedrasının baş müəllimi T.Məhərrəmov məruzə ilə çıxış edərək, həmin dövrdə Azərbaycan xalqına qarşı Sovet rəhbərliyinin düşmən mövqeyi, 20 yanvar hadisəsinin Azərbaycan xalqının milli mübarizə tarixinin pik nöqtəsi olması və onun dövlət müstəqilliyimizin bərpasında oynadığı rol barədə, həmçinin 44 günlük vətən müharibəsində xalqımızın, dövlət başçımızın, igid əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq barəsində geniş məlumat verilib. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.