Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının buraxılış kurslarının tələbələri hazırda pedaqoji təcrübədə olduqları təhsil müəssisələrində müxtəlif tədbirlərin keçirilməsində fəallıq göstərirlər. Şəki şəhər 18 saylı orta məktəbində pedaqoji təcrübə keçən “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ilinin tələbələri də Novruz bayramı münasibətilə musiqili-əyləncəli bayram tədbiri keçiriblər. Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektiv, təcrübəçi tələbələr və şagirdlər iştirak ediblər. Tələbələrimizin təşkilatçılığı ilə məktəbin Vl və lX sinif şagirdlərinin ifasında təqdim olunan və baharın gəlişinə, Novruza həsr edilmiş müxtəlif şeir, mahnı və rəqslər bayram tədbirinə xüsusi rəng qatıb. Tədbir maraqla qarşılanıb və sonda məktəbin rəhbərliyi tədbirin təşkilində rolu olan təcrübəçi tələbələrə minnətdarlığını bildirib.