QISA BİOQRAFİK MƏLUMAT
Günay Mirzəliyeva 1992-ci ildə Şəki şəhərində anadan olub. 1999-2010-cu illərdə Şəki şəhər R.B.Əfəndiyev adına 10 saylı orta məktəbdə, 2010-2014-cu illərdə Bakı Slavyan Universiteti-nin Filologiya fakültəsində, “Xarici dil müəllimliyi(ingilis dili)”, 2024-2026-cı illərdə Gəncə Dövlət Universitetində “Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili)” ixtisası üzrə magistraturada təhsil alıb.2015-ci ildən 2018-ci ilədək Şəki Turizm İnformasiya Mərkəzində mütəxəssis kimi fəaliyyət göstərmişdir.2021-ci ildən 2026-ci ilədək ADPU-nun Şəki filialında tütor vəzifəsində çalışmışdır.2026-cı ildən həmin filialda müəllim kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2014-cü ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin, Xarici dil müəllimliyi ixtisasını
2026-ci ildə Gəncə Dövlət Universitetinin magistraturasını bitirib.
ƏMƏK FƏALİYYƏTİ
2015-ci ildən Şəki Turizm İnformasiya Mərkəzində mütəxəssis,
2021-ci ildən ADPU-nun Şəki filialında tütor,
2026-cı ildən ADPU-nun Şəki filialında müəllim vəzifəsinə təyin olunub.
TƏDQİQAT SAHƏSİ
İngilis dili
TƏDRİS ETDİYİ FƏNLƏR
Xarici dildə işgüzar və akademik kommunikasiya