Print 

Fevral 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında filialın təşkilatçılığı, Şəki Rayon (Şəhər) Prokurorluğu və Şəki Rayon (Şəhər) Polis şöbəsinin dəstəyi ilə “İnsan alverinə “yox” deyək!” adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə filialın professor-müəllim, tədris-köməkçi heyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov qeyd edib ki, müasir dünyanın qlobal problemlərindən birinə çevrilmiş insan alveri bəşəriyyəti narahat edən ən kriminal hadisələrdəndir. Natiq qeyd edib ki, problemin ciddiliyini nəzərə alan ölkə pezidenti cənab İlham Əliyevin 06 may 2004-cü il tarixli 208 №-li Sərəncamı ilə “Azərbycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair “Milli Fəaliyyət Planı” təsdiq edilmiş, 28 iyun 2005-ci ildə Milli Məclis tərəfindən “İnsan alverinə qarşı mübarizə haqqında” Qanun qəbul edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yaradılmış, idarənin 152 №-li Qaynar Xətti fəaliyyətə başlamışdır.
Tədbirdə filialın Humanitar fənlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Natiq Salamov, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva, Baş Prokurorluğun Kriminalistika şöbəsinin baş məsləhətçisi Sərxan Əliyev, Şəki Rayon (Şəhət) Prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas İbrahim Aslanov, Şəki Rayon (Şəhər) Polis Şöbəsinin Cinayət–axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Qafqaz Mahmudov və ADPU-nun Şəki filialının hüquqşünası Elbrus Musayev müxtəlif mövzularda çıxış ediblər.
Tədbirdə “İnsan alverinin qurbanına çevrilməyin!” adlı videoçarx nümayiş olunub, sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.