Print 

QISA BIOQRAFİK MƏLUMAT
Aslanov Vaqif Cumay oğlu 1950-ci il iyul ayının 5-də Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. İbtidai təhsilini Kiş kənd ibtidai, 8 illik təhsilini Kiş kənd səkkizillik, 10 illik təhsilini isə qonşu Oxud kənd orta məktəbində almışdır. 1968-1973-cü illərdə
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) “Fransız və Azərbaycan dilləri” fakültəsini bitirmişdir.1973-1993-cü illərdə Şəkinin Kiş kəndindəki orta məktəbdə öz ixtisası üzrə müəllimlik etmişdir.
1973–1981-ci illər arasında Azərbaycanda keçirilən Rusiya, Belarusiya, Ukrayna, Özbəkistan ədəbiyyatı və incəsənəti günlərinin (1976-1979-cu illər) Şəki ilə bağlı tədbirlərində həm iştirak, həm də çıxışlar etmişdir.
1994-1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olmuşdur.
1997-ci ilin sonlarından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində yaradılan Folklor Elmi-Mədəni Mərkəzinin, 2003-2013-cü illərdə isə Folklor İnstitutunun Şəki sektoruna rəhbərlik etmişdir.
1995-ci ildən etibarən saathesabı olaraq ADU-nun, sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Azərbaycan ədəbiyyatı tarixi”ndən, o cümlədən, “Türk xalqları ədəbiyyatı”ndan, “Azərbaycan ədəbi tənqidinin tarixi”ndən, “Mmüstəqillik dövrü
Azərbaycan ədəbiyyatı”ndan dərs demişdir. Hal-hazırda ADPU-nun Şəki filialında tam ştatda pedaqoji fəaliyyətini davam etdirməkdədir.
1994-cü ildə akad. Bəkir Nəbiyevin, o dövrdə AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin zəmanətləri ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) üzvülüyünə namizədliyi irəli sürülmüş, 1995-ci ildən AYB üzvü olmuşdür.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin ictimai əsaslarla sədridir. Bölmə ictimai əsaslarla fəaliyyət göstərir və Respublikamızın şimal-qərb bölgəsini əhatə edir.
Başlanğıcda “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə yazmışdır. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə yazır. Elmi-ədəbi məqalələr müəllifidir. Fransız və rus dillərindən tərcümələr edir.
İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmişdir. 1973–1981-ci illər arasında Azərbaycanda keçirilən Rusiya, Belarus, Ukrayna, Özbəkistanədəbiyyatı və incəsənəti günlərinin (1976-1979-cu illər) Şəki ilə bağlı tədbirlərində
həm iştirak, həm də çıxışlar etmişdir.
İlk kitabı “Aydın” poemasıdır. Türkoloq, dilçi alım və tədqiqatçı Aydın Məmmədova həsr edilmiş bu kitab 1993-cü ildə nəşr edilmişdir.
Vaqif Aslan tərçümələri ilə də məşhurdur. O, fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazənin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardənin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək
Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə etmişdir.
O, Mustay Kərimin "Ay tutulan gecə" faciəsini, Slavomir Mrojekin "Xoşbəxt hadisə" tragikomediyasının rus dilindən tərcümə etmişdir. Hər iki əsər Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
Vaqif Aslanın “Vaqif” faciəsi Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə yazdığı dramı Şəki Dövlət Dram Teatrında (mart, 2016) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (7-8 iyun, 2016) tamaşaya qoyulmuşdur.
Vaqif Aslan həm də kinossenarilər müəllifidir. “Odla qol-boyun” qısametrajlı bədii filmi və “Şəki: tarixin naxışları” qısametrajlı sənədli filmi onun senariləri əsasında çəkilmişdir.
29-31 avqust 2021-ci il tarixdə Respublika Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada olmuş və səfər təəssüratlarını qələmə almışdır.
Ailəlidir. Bir oğlu və bir qızı vardır.

ƏSƏRLƏRİ
1. Vaqif Aslan. “Aydın” (poema). Bakı, Elm, 1993. 52 səh, tiraj 5000.
2. Vaqif Aslan. Səyahətnamə (XVII əsr fransız səyyahı Fan Batist Şardənin “Səyahətnamə”sinin 1711-ci il Amsterdam nəşrinin tərcüməsi). Bakı, Elm, 1994, 124 səh. tiraj 4000.
3. Vaqif Aslan. Ruhlarla söhbət (şeirlər və eyni adlı tarixi – fəlsəfi poema). Bakı, Ozan, 1997-ci il. 256 səh. tiraj 500.
4. Vaqif Aslan. Oğuz elinə salam. Bakı, Mütərcim, 2000. 148, tiraj 1000.
5. Vaqif Aslan. Qanımdan rəng alan gül (lirik şeirlər və dram əsərləri). Bakı, Səda, 2003. 260 səh. tiraj 500.
6. Vaqif Aslan. (həmmüəllif Gülçöhrə Məmmədova) Kiş kəndi və onun məbədi. Bakı, “Çaşıoğlu”, 2003. səh 32, tiraj 500.
7. Vaqif Aslan. Seçilmiş əsərləri. 4 cilddə. I cild (lirik şeirlər). Bakı, “Uni Print” 2009, səh. 718, tiraj 500.; təkrar nəşri: Bakı, “Təhsil” NPM, 2011. səh 764, tiraj 200.
8. Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. II cild (poema və dram əsərləri). Bakı, “Təhsil” NPM, 2009. səh. 350, tiraj 500.
9. Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. III cild (fransız və rus dillərindən tərcumələr). Bakı, “Təhsil” NPM, 2010. səh 552, tiraj 500.
10. Vaqif Aslan. Seçilmiş əsərləri, 4 cilddə. IV cild (məqalələr). Bakı, “Təhsil” NPM, 2010. səh 540, tiraj 500.
11. Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Təbriz, “Nidai şəms”, 2014. səh 120, tiraj 1000.
12. Vaqif Aslan. Ədəbi tənqid tarixi (fənn proqramı, həmmüəllif Gülarə Abdullayeva). Bakı, “Müəllim”, 2014.
13. Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Təbriz, Nidayi şəms, 2015. 120 s. tiraj 1000.
14. Vaqif Aslan. Bizim dünya adlı bir evimiz var. Bakı, Renessans, 2015. tiraj 500.
15. Vaqif Aslan. Hüseyn xan Müştaq. Bakı, Orxan NPM, 2015. 320 səh. tiraj 200.Təkrar nəşr: Bakı, “Mütərcim”, 2021, tiraj: 500.
16. Vaqif Aslan. Hər şey zaman içində. Bakı, Renessans-A, 2016. 160 s. tiraj 200.
17. Vaqif Aslan. “Vaqif” (Faciə) Səməd Vurğunun “Vaqif” pyesinin motivləri əsasında, yeni traktovkada və nəzmlə.
18. Vaqif Aslan.Türk xalqları ədəbiyyatı üzrə mühazirələr (dərs vəsaiti). . Bakı, “Renessans-A”, 2019. 488 s. 500 tirajla. Bakı, Renessans-A, 2019. 488 s. 500 tirajla. ADPU-nun Tədris Metodiki Şurasının 31 yanvar 2019-cu il tarixli iclasının (Bax.3 nömrəli
protokoldan çıxarış, 11.02.2019) qərarı ilə çap edilmişdir.
19. Vaqif Aslan. Ədəbiyyat və zaman dilemması qarşısında. Məqalələr topluasu. (dərs vəsaiti) Bakı, “Mütərcim”, 2021. 424 səhifə. Tiraj: 500. ADPU-nun Tədris Metodiki Şurasının (23 yanvar 2021-ci il tarixli iclasının 1 nömrəli protokolundan çıxarış) qərarı ilə
çap edilməsi qərara alınmışdır.
20. Vakif Aslan. Ruhlarla sohbet. Poema (Destan) Bişkek- 2021. «Улуу Тоолор». 152 с.Tiraj 500 ekz.
21. Вагиф Аслан. Руҳлар билан суҳбат. (Poema) Bişkek- 2021. «Улуу Тоолор». 152 с. Tiraj 500 ekz.
22. Vaqif Aslan.Şuşadakı duyğular (şeirlər) Şuşadaki duyğular (Şiirler), Шушадаги туйғулар (шеърлар) 32с. Bişkek- 2021. «Улуу Тоолор». 32 c. Tiraj 500 ekz.

P.S.
1.Bütün yollar Şuşaya aparır. Bakı, “Nurlar N/P Mərkəzi”, 2021, 272 s. Say: 300 ədəd. Xalq yazıçısı Elçin Əfəndiyevin “Ön söz”ü və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşada M.P. Vaqifin türbəsi önündəki çıxışı ilə başlayan bu tarixi kitabda
Vaqif Aslanın Gediş. Ziyarətin qəbul olsun, Məhərrəm. Şuşada əsən külək. Əzizə xanım. -Onlar kimlər idilər? - Ermənilər idilər (Bax.Səh. 243-251) şeirləri çap edilmişdir..

2. Xarı bülbüllər. Təbriz, “Aydın sav”, 2022, 604 s.Tiraj: 1000. Kitabda Güney və Quzey Azərbaycanın 110-na yaxın şairinin doğma Qarabağı vəsf edən şeirləri toplanıb. Topluya daxil Azərbaycan şairlərinin əsərləri Vüqar Əhməd, Cənubi Azərbaycan
şairlərindən poetik nümunələr Nurəddin Müqəddəm və Seyid Mahmud Sani İbadi tərəfindən tərtib olunub. Kitaba Şimali Azərbaycandan Əliağa Vahid, Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Xəlil Rza,
Zəlimxan Yaqub, Musa Yaqub, Vaqif Aslan, Nüsrət Kəsəmənli, Sücaət, habelə Vahid Əziz, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Paşa Qəlbinur, Vüqar Əhməd, Nazim Əhmədli, Fəridə Hicran, Gülbəniz Babayeva, İbrahim Yusifoğlu, Arif Buzovnalı, Əsəd Cahangir,
Gülnar Səma və bir çox şairlərin Qarabağ ətirli əsərləri daxil edilib.

TƏRTİBÇİLİK FƏALİYYƏTİ:
1. “Azərbaycan folkloru antologiyası” seriyasından IV kitabın (Şəki folkloru cildinin) tərtibçilərindən biridir. Bakı, “səda”, 2000.498 səh.
2. “Söz, söz, söz” almanaxının (Şəkili müəllifləri əhatə edən ilk almanaxın tərtibçilərindən biri və “Ön söz”ün müəllifidir. Bakı, “Master”, 2006. 288 s.

MƏTBU MƏQALƏLƏRİ VƏ MÜSAHİBƏLƏRİ:
İndiyə qədər 87 məqaləsi və 8 müsahibəsi müxtəlif mətbu orqanlarda çap olunmuş və kitablarına daxil edilmişdir.)
Onlardan bəzilərini təqdim edirik:
1. Şəkinin tarixi yer adları və onların söz açımı.
Bax. “Azərbaycan folkloru”, Bakı, “Sabah “, 1994. Səh. 104-109.
2. “Mifik alma” (İsayeva Xəyalə ilə birlikdə)
Bax. “Dədə Qorqud” jurnalı 2003, 4. Səh.82-87.
3. Görəsən, nə baş verib? (“Ədəbiyyat qəzeti”nə açıq məktub).
Bax. “Yeni Azərbaycan” qəzeti № 145, 151, 157. 29 iyun, 6 və13 iyul 2003-cü il. Burada modern və postmodern anlayışlara elmi-nəzəri baxışlarını şərh etmiş, o ərəfədəki ədəbi hərc-mərcliyə münasibətini bildirmişdir.
4. Teatr və zaman.
Bax. “Ulduz” jurnalı N:8, 2005.
5. Şəki ədəbi mühiti. (XVIII –XX əsrlər üzrə qısa tarixi-ədəbi ekskurs)
Bax. “Azərbaycan Müəllimlər İnstitutununXəbərləri”nin №3, 2008; №3,4,2009.
Bax. “Elm və həyat” jurnalı İSSN 34. 3386. №4. 2012. (səh.49-51.)
6. Rumi və folklor 09-11 may 2011-ci il tarixdə Urmiyada keçirilən I Uluslararası “Çelebi Hüsameddin-i ve Mesnevi-manevi” simpoziomunda çıxış.
Bax. Azərbaycan Müəllimlər İnstitutu. Xəbərlər. Səh.14-17.№2, 2012.
7.Yunus İmrənin XI qəbri.
Bax. Azərbaycan Müəllimlər İnstitutunun “ Xəbərlər”i. 2011-ci il, № 2, səh.39-43; №3,səh.35-42.
8. Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə. (AMİ-nin rektoru, prof. Dr. Aqiyə Naxçıvanlının redaktorluğu ilə nəşr edilən eyni adlı kitabdakı nitqlər ətrafında düşüncələr)
Bax. Azərbaycan Müəllimlər İnstitutu.Xəbərlər.Elmi– metodik jurnal.№4. 2012.səh. 17-23.
9. Qan məsələsi. (Asif Rüstəmli – 60)
Bax. “Kaspi” qəz.. 13 mart 2014,044 (3138) səh. 14-15. KİVDFWWW.kivdf.gov.az
10. Hasan Kallimçinin “Şəkidən Dənizliyə: Ağxan məhəlləsi” adlı məqaləsi haqqında.
Bax. “Şəki Bələdiyyəsi” qəzeti. №4 (127), Aprel 2015. Səh.12-13.; №5 (128), May 2015. Səh.12-13.
11. “Hələ də susan daşlar...” (Fikrət Qoca şeirlərinin bəzi məqamları haqqında)
Bax. Ədəbiyyat qəzeti. 23 may 2015-ci il.Şənbə №32-33 (4987-88) səh.5.
12. Prof.Rəsul Tahirzadənin ”Sarıbaş və Sarıbaşlılar” kitabı ətrafında düşüncələr.
Bax.Qoşa ulduz (Beynəlxalq, ictimai-siyasi və elmi-publisistik jurnal)Sayı 60 (2014) səh.28-31.;61 (2014). Səh.34-36.; 62 (2014). Səh.36-38.;64 9(2014). Səh.32-35.
13. Türk dünyası mədəni irsinin ədəbiyyatımızdakı izləri
Bax. Vaqif Aslan.Türk dünyasının mədəni irsinin ədəbiyyatımızdakı izləri. III Beynəlxalq Həmzə Nigari türk dünyası mədəni irsi simpoziumu materialları. Səh.417-426. 17-18 may 2017. Şamaxı, Azərbaycan.
14. Molla Pənah Vaqif və Şəki ədəbi mühiti .
Bax.”Ədalət” qəz. № 226 (5215) dekabr 2017-ci il. Səh.4. KİV № 227 (1595) 9 dekabr 2017-ci il.
15. Cumhuriyyət dövrü Azərbaycan ədəbiyyatı. Bax. Bakı Dövlət Universiteti. Azərbaycan Xalq Cümhuriyyəti-100: Müsəlman Şərqində ilk Parlamentli Respublika. 21-23 may 2018-ci il. Beynəlxalq Elmi Konfransın Xülasələri. Bakı-2018. Səh.114.
16. Poeziyamızın Məmməd Qayası - QayaMəmmədi.
Bax.”Ədalət” qəz. № 227 (5457) 20 dekabr 2018-ci il. səh.7. KİVDF №234 (1842);№ 228 (5458) 21 dekabr 2018-ci il. səh.7. KİVDF № 235 (1843); № 229 (5459) 22 dekabr 2018-ci il. səh.7. 4.KİVDF № 236 (1844); № 230 (5460) 25 dekabr 2018-ci il.səh.7.
KİVDF №237 (1845).
17. Xurşidbanu Natavan həyatı və yaradıcılığı fonunda.
Bax. “Ədalət” qəzeti №162 (5626) 14 oktyabr 2019-cu il. KİVDF №155 (2003); № 163 (56-27) 15 oktyabr 20019-cu il. KİVDF № 156 (2004);№ 164 (5628) 17 oktyabr 2019-cu il. № KİVDF №157 (2005); № 165 (5629) 19 oktyabr 2019-cu il. KİVDF №158
(2006); № 166 (5630) 22 oktyabr 2019-cu il KİVDF № 159 (2007).
18. Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti.
Bax. ”Ədalət” qəzeti. № 81 (5741) 18 iyun 2020-ci il. KİVDF № 68 (2102) Səh.7.; № 82 (5742) 20 iyun 2020-ci il. KİVDF № 69 (2103) Səh.6.; № 83 (5743) 23 iyun 2020-ci il. KİVDF № 70 (2104) Səh.7.; . № 84 (5744) 25 iyun 2020-ci il. KİVDF № 71 (2105)
Səh.7.; № 85 (5745) 26 iyun 2020-ci il. KİVDF № 72 (2106) Səh.7; № 86 (5746) 30 iyun 2020-ci il. Səh.7.
19.Tofiq Abdinlə müsahibə: Köhnə tanışlar: Aydın Məmmədov- (70) – 1
Bax. 525-ci qəzet, 15 dekabr 2013-cü il, şənbə, № 235(4011). Səh.23. ;21dekabr 2013-cü il, şənbə, № 241(4017).Səh. 23.
20. “ZAMAN” qəzeti ilə müsahibə.
Bax. “Zaman” qəzeti,23-25 aprel 2011.WWW.ZAMAN.AZ.səh.həftə sonu 5.
21. Etimad Başkeçidlə "Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” kitabı ətrafında
“Dil birliyi qarşısında bütün ayrılıqlar acizdir” mövzusunda söhbətləşmə.
Novator.az 31 yanvar 2020.
22. “Həyat adlı bu uzun yolda əsas bələdçim ana dilim olub” WWW. Aydinyol.az portalı ilə müsahibə Bölmə: Müsahibələr 05.07.2020
https://aydinyol.aztc.gov.az./index.php

MÜKAFATLARI:
1..2009-cu il üzrə Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi Prezident təqaüdçüsü olmuşdur.
2.08 dekabr 2009. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyası tərəfindən. T-309 №-li qərar. Yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə və AMİ-nin 80 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edilmişdir. Nazir M.Mərdanov.
Qeydiyyat № 1511
3.08 dekabr 2009. Azərbaycan Həmkarlar İttifaqları konfederasiyası tərəfindən. Qərar 7b.3ə. Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi münasibətilə və Həmkarlar İttifaqı işində yaxından iştirakına görə fəxri fərmanla təltif edilmişdir.
4. 30 mart 2011. Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” media mükafatı laureatıdır.
5. 24 noyabr 2012, Bakı. Avromed CompanyMMC təsisçilərinin qərarı ilə Avromed şirkətinin 10 illik Yubiley medalı ilə təltif olunmuşdur.
6.27 may 2019. Azərbaycan Respublikası Prezidentinin 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
7.24 iyun 2020. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təsis etdiyi Xüsusi Fəxri Diploma və döş nişanına layiq görülmüşdür.
8. 05 iyul 2020-ci il. AYB Fəxri Fərmanına və “Müşfiq” mükafatına layiq görülmüşdür.
9. 12 mart 2022-ci il. ADPU Şəki filialının yaradılmasının 30 illiyi münasibəti ilə rektor dr.prof. C. Cəfərov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

SERTİFİKATLARI:
1. 17-18 may 2017, ADPU-nun Şamaxı filalı tərəfindən “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu”nda iştirak və “Türk dünyasının mədəni irsinin ədəbiyyatımızdakı izləri” mövzusunda çıxışına görə.
2. 21-23 may 2018, Bakı Dövlət Universiteti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti-100: “Müsəlman Şərqində ilk Parlamentli Respublika” adlı Beynəlxalq Elmi Konfransında iştirak və “Cumhuriyyət dövrü Azərbaycan ədəbiyyatı” mövzusunda məruzəsinə
görə.
3.20 aprel 2019. Avropa İttifaqının maaliyyə dəstəyi ilə ADPU, UNİSEF və”Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində inkluziv təhsil üzrə təlimdə iştirak etdiyinə görə.

VAQİF ASLAN HAQQINDA YAZILAN RƏYLƏR, RESSENZİYALAR VƏ MƏQALƏLƏR:
1.Aydın Məmmədov. Qələm dostumuz Vaqif Aslan. “Şəki fəhləsi” qəzeti, 9 oktyabr 1976-cı il.
2.Tofiq Hacıyev. Yeni ədəbiyyat yaranır. “Xalq” qəzeti, 18 aprel 1992-ci il. Məqalədə təqdir edilən adalar sırasında Vaqif Aslanın da adı çıkilmişdir.
3.İsa İsmayılzadə. Ruhunuz şad olsun, ölümdaşlar... “Yeni fikir” qəzetı, 18 aprel 1992-ci il.
4.Q. Yaşar. Epitafiya, yaxud baş daşına oxunan mahnı... “Ədəbiyyat qəzeti”, 23 aprel 1993-cü il
5. Rasim Nəbioğlu. Bizim sorğu: XX əsrin sonudur: tənqidçi, nə düşünürsən? “Azərbaycan” jurnalı,№5, 1998-ci il, səh.182.
6. Həbibulla Manaflı. Türk ruhunun əzəməti haqqında dastan. “Öyünc və güvənc qaynağı” kitabı, Bakı, “Nurlan” nəşriyyatı 2007-ci il. səh. 203-212.
7.Şamil Salmanov. Tarixlə, yaddaşla dialoq. “Ədəbiyyat qəzeti”, 17 iyul 1998-ci il.
8. Hüseyn İsmayılov. Çağdaş türkün poetik dünyası. (Vaqif Aslanın “Qanımdan rəng alan gül” kitabına ön söz.) Bakı, 2002-ci il.
9.Rüstəm Kamal. Nəfəs və söz halallığı. (Vaqif Aslanın “Qanımdan rəng alan gül” kitabına aha bir ön söz.) Bakı, 2002-ci il.
10..Flora Xəlilzadə. Qədim Şəkinin ədəbiyyat dastanı. “Azərbaycan” qəzeti, 7 oktyabr 2009-cu il.
11.G.A. Abdullayeva. Vaqif Aslanın şeirlərinin dili. Bakı Slavyan Universiteti. Hümanitar elmlərin öyrənilməsinin aktual problemləri(Ali məktəblərarası məqalələr məcmuəsi), səh. 94-98.№6, 2009-cu il.
12. Dərviş Osman. Vaqif Aslan-60. “Meydan” jurnalı (Azərbaycan Mədəniyyət Mərkəzinin orqanı. Borçalı-Gürcüstan Azərbaycanlılarının orqanı) , aprel 2011-ci il.
13. Hasan Kallimci.Vaqif Aslan’ın şiirleri. Türkiye.”Horoz”-“Denizli’nin sesi” qazetesi. 17 eylül 2013. seh.04.
14. Asif Rüstəmli. Sözün közü və düzü.
Bax. “525-c- qəzet”, 5 sentyabr 2013-cü il.Səh.7.
15.Aslanov Vaqif Cumay oğlu (Vaqif Aslan)
Bax. Mais Əmrah. Məhsəti Maisqızı. Şəkidə təhsil: tarix, inkişaf yolu.Bakı-2014. 522 səh., şək. Bax. Səh.333-337.
16.Mayis Səlim.Şair xoşbəxtliyi.
Bax. “Ədəbiyyat qəzeti”, № 47(4952), 5 dekabr 2014-cü il. Səh.13.
17. Mayis Səlim. “Hüseyn xan Müştaq”.
Bax. “Ədəbiyyat qəzeti”,12 sentyabr 2015-ci il.
18. Vaqif Yusifli. Vaqif Aslan, nə istərsən?
Bax.”Ədalət” qəzeti. № 183 (4930) 8 oktyabr 2016-cı il. Səh. 15.
19. Çingiz Ənvəroğlu. Vaqif Aslan-gördüklərim və bildiklərim.
Bax.”Ədalət” qəzeti. №4 (5234)10 yanvar 2018-ci il. Səh.5.; №3 (5233) 9 yanvar 2018-ci il. Səh.5.
20. Tural Adışirin. Özünü oxucusuna sevdirən poeziya.
Bax. “Ədəbiyyat qəzeti”. 22 sentyabr 2018-ci il.Şənbə. № 35 (5158).Səh 29.
21. Xanım Aydın. Türk xalqları ədəbiyyatına qiymətli töhfə.
Artkaspi.az saytı 30 Oktyabr 2019.
22. Barat Vüsal. Şaman andı yaxud zirvədə çıxan yorğunluq.
Bax. 525-ci qəzet 29 fevral 2020-ci il, şənbə № 24 (5405).Səh.18.
23. Asif Rüstəmli. Vaqif Aslan poeziyasında Qarabağ mövzusu.
Bax. “Ədalət” qəzeti. №89(5749). 7 Iyul 2020-ci-il. Səh.
24.Vaqif Aslan haqqında deyilənlər və yazılanlar. Bax. “Ədalət” qəzeti.. № 91(5751) 9 iyul 2020-ci il. Səh. 5.
25. Murad Nəbibəyov. Ədəbiyyatımızın düşünən beyni - Vaqif Aslan. “Region mediyası” qəzeti. №05(222), 17 iyul 2020. Səh.9.
26. Vaqif Aslan”Müşfiq” mükafatına layiq görülüb.
Bax. Ədəbiyyat qəzeti. 19 sentyabr 2020-ci il. Şənbə.№ 40-41(5268-69). Səh.32.
27. Aslanov Vaqif Cumay oğlu..
Bax. R.A. Rasulov. N. Z. Çələbiyev. Dinamik inkişaf yolu. ADPU-nun Şəki filialı-30 il. Bakı, “Elm və təhsil”, 2021, 344 səh. Bax. Səh. 259-260, 264
28. Vaqif Cumay oğlu Aslanov.
Bax. Rafiq Rasulov, Firədun İbrahimov, Gülarə Abdullayeva. ADPU-nun Şəki filialı 30 ildə:uğurlar, perspektivlər. Monoqrafiya. Bakı: “Renessans-A”, 2021, 502 s. Bax. Səh.32,; 388-390. ; .427-428.