Print 

Hümbətova Şərqiyyə Nüsrət qızı
Dillər və onların tədrisi texnologiyası kafedrasının dosenti

Qısa bioqrafik məlumat
22.03.1955-ci ildə Ermənistan SSR Sisian rayonunun Bazarçay kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan SSR Yevlax şəhər 4 saylı orta məktəbini, 1979-cu ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsini əla və yaxşı qiymətlərlə bitirərək, filoloq, fars və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi ixtisaslarına yiyələnmişdir.
1980-cı ildən təyinatla Azərbaycan SSR Lənkəran şəhər 1 saylı orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır.
1993-1994-cü tədris ilindən Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, orada Ümumi dilçilik və xarici dillər kafedrasının müəllimi vəzifəsində işləmişdir. Eyni zamanda 1998-ci ildən həmin kafedranın dissertantı olmuşdur.
2003-cü il dekabrın 9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Müasir fars dilində feildən düzələn isimlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filalogiya elmləri namizədi (fil.ü.f.d.) alimlik dərəcəsi almışdır.
2004-2005-ci tədris ilindən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Dillər kafedrasının baş müəllimi vəzifəsində işləmiş, 2006-2013-cü illərdə eyni zamanda filialda ictimai əsaslarla Elmi Şuranın elmi katibi kimi də fəaliyyət göstərmişdir.
22 iyun 2009-cu il tarixdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda BDU-nun dissertantı Hacıyeva Səyyarə Məhəmməd qızının “Sədi Şirazinin “Gülüstan” əsərində tabesiz mürəkkəb cümlələr” mövzusu üzrə keçirilən namizədlik dissertasiyasının müdafiəsində rəsmi opponent kimi iştirak etmişdir.
2014- cü ilin fevral ayından Dillər kafedrasının dosentidir. 2021-ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.06 Dissertasiya şurasının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi BFD 1.06/2 olan Birdəfəlik dissertasiya şurasına rəsmi opponent təyin edilmişdir. Həmin vaxtdan Aynurə Aydın qızı Əliyevanın 5711.01- İran dilləri ixtisası üzrə “Məhəmməd Hüseyn Təbrizinin “Bürhani- qate” lüğətində onomastik vahidlər” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə təqdim etdiyi dissertasiyaya rəy hazırlayıb, sözügedən şuranın iyun ayının 29-da onlayn keçirilən iclasında rəsmi opponent kimi çıxış etmişdir.
Ailə vəziyyətinə görə subaydır.
2021-2022-ci tədris ilində “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninə aid proqram və “Əski Azərbaycan yazısı” fənninə dair dərslik hazırlayıb çap etdirməyi planlaşdırmışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun) Şərqşünaslıq fakültəsinin Fars filologiyası şöbəsini əla və yaxşı qiymətlərlə bitirmişdir.
2004-cü ildən filologiya üzrə fəlsəfə doktorudur.
2014-cü ildən Dillər kafedrasının dosentdir.

ƏMƏK FƏALİYYƏTİ
1980-cı ildən Azərbaycan SSR Lənkəran şəhər 1 saylı orta məktəbində müəllim.
1993-1994-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Ümumi dilçilik və xarici dillər kafedrasında müəllim.
2004-2005-ci tədris ilindən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Dillər kafedrasının baş müəllimi.
2014- cü ildən Dillər kafedrasının dosenti. Hal-hazırda ADPU-nun Şəki Filialında Dillər və onların tədrisi texnologiyası kafedrasının dosenti.

TƏDRİS ETDİYİ FƏNLƏR
“Müasir Azərbaycan dili”, “Müasir Azərbaycan dili(Morfologiya)”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Əski Azərbaycan yazısı”, “Nitq mədəniyyəti” fənləri.

TƏDQIQAT SAHƏSİ
Müasir fars dilinin derivatologiyası.
Müasir Azərbaycan dilinin derivatologiyası.
“Oğuznamə” dilinin qrammatikası.
Əski Azərbaycan yazısı.

DƏRS VƏ METODIK VƏSAİTLƏRİ
2009-cu ildə “Müasir fars dilində feildən düzələn isimlər” adlı monoqrafiyası, Bakı, “Nurlan”nəşriyyatı,144səh. 2011-ci ildə “Əski Azərbaycan əlifbasının tədrisi metodikası” adlı metodik vəsaiti, Bakı, “Nurlan”nəşriyyatı, 112 səh.
2013-cü ildə “Müasir Azərbaycan dili”(I hissə) adlı dərs vəsaiti,Bakı, “Elm və təhsil”nəşriyyatı, 348 səh.
2014-cü ildə “Müasir Azərbaycan dili”fənninin proqramı, həmmüəllif G.A.Abdullayeva Bakı, “Müəllim”nəşriyyatı,15səh.
2014- cü ildə “Kitabi-Dədə Qorqud”un dili fənninin proqramı, Bakı, “Müəllim” nəşriyyatı, 20 səh.
2018-ci ildə “Əski Azərbaycan yazısı” fənninin proqramı, Bakı, ADPU nəşriyyatı, 25 səh. çapdan çıxmışdır.

ŞƏRQİYYƏ NÜSRƏT QIZI HÜMBƏTOVANIN ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
1.Müasir fars dilində feldən isim düzəldən şəkilçilərin fonetik tərkibi və morfoloji səciyyəsi. Məqalə. Dil və ədəbiyyat. Nəzəri, elmi, metodiki jurnal, № 2 (20).
Bakı,1998, Səh.11-14
2. Müasir fars dilində feldən düzələn mürəkkəb isimlər. Məqalə. Dil və ədəbiyyat. Nəzəri, elmi, metodiki jurnal, № 4(22). Bakı, 1999. Səh.50-54
3.Müasir fars dilində feldən isim düzəltmənin leksik-qrammatik (substantivləşmə) üsulu. Məqalə. Dil və ədəbiyyat. Nəzəri, elmi, metodiki jurnal, № 3(28). Bakı,2000. Səh.31-34
4.Müasir fars dilində feldən düzələn isimlər. Məqalə. Tədqiqlər, № 2. “Elm”nəşriyyatı. Bakı,2001. Səh.109-113
5.Müasir fars dilində feldən düzələn ﯼ (ya) – ye məsdəri şəkilçili mürəkkəb isimlər. Məqalə. Pedaqoji Universitetin Xəbərləri, № 1. ADPU. Bakı,2005. Səh.253-255
6.Müasir fars dilində “fel+ fel” modelli mürəkkəb isimlər. Məqalə. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. № 2. Bakı,2005. Səh.28-31
7.Fars dilçiliyinə aid farsdilli mənbələrə əsasən feidən isim düzəltmə prosesinin tədqiqinə dair. Məqalə. Filologiya məsələləri. № 2 “Nurlan” nəşriyyatı,. Bakı, 2008. Səh. 94-100.
8. Müasir fars dilində feldən düzələn mürəkkəb isimlərin formalaşma xüsusiyyətləri.Məqalə. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. № 4. Bakı,2008. Səh.20-24.
9. Fars dilinin isim yaradıcılığı prosesində transformasiya yolu ilə iştirak edən ərəb mənşəli feli sifətlərə dair. Məqalə. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. № 2. Bakı,2009.Səh.9-13
10.Fars dilçiliyinə aid rusdilli əsərlər əsasında feildən isim düzəltmə prosesinin tədqiqinə dair.Məqalə. Filologiya məsələləri. №3. “Nurlan” nəşriyyatı.Bakı,2009. Səh57-64
11.Isi Məlikzadənin “Dədə palıd” povestində sinonimlərin üslubi istifadəsi.Məqalə. Filologiya məsələləri. №6. “Nurlan” nəşriyyatı, Bakı,2009.Səh.50-57.
12.Isi Məlikzadənin “Dədə palıd” povestinin frazeoloji sinonimikasının bəzi məsələləri.Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, №7. Bakı, 2010. Səh.28-35.
13.XVI əsr Azərbaycan yazılı ədəbi dilinin qrafik-orfoqrafik və fonetik tərkibində samitlərin rolu.Məqalə. Pedaqoji Universitet xəbərləri. №3, Bakı, 2011.Səh.197-201.
14.Ə.Şirvaninin satiralarında frazeoloji vahidlərin üslubi istifadəsi.Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 6. Bakı, 2015 Səh..120-129
15.“Oğuznamə”nin dilində paremik vahidləri qrammatik cəhətdən formalaşdıran birinci növ təyini söz birləşmələri. Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 11. Bakı, 2016. Səh.215-219
16.Müasir Azərbaycan dilində saytərkibli frazeoloji vahidlər.Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 10. Bakı, 2017 Səh.38-46
17.“Oğuznamə”nin dilində paremik vahidləri qrammatik cəhətdən formalaşdıran ikinci növ təyini söz birləşmələri. Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 12. Bakı, 2017. Səh. 54-61
18.“Oğuznamə”nin dilində paremik vahidləri qrammatik cəhətdən formalaşdıran üçüncü növ təyini söz birləşmələri.Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 12. Bakı, 2018. Səh.38-46.
19.Oğuznamə”nin dilində paremik vahidləri qrammatik cəhətdən formalaşdıran feli birləşmələr.Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 11. Bakı, 2019.Səh.27-33
20.“Oğuznamə”nin dilində paremik vahidləri qrammatik cəhətdən formalaşdıran təyini söz birləş-mələrinə daxil olmayan ismi birləşmələr..Məqalə. Filologiya məsələləri. “Elm və təhsil” nəşriyyatı, № 8 Bakı, 2020. Səh.151-160
21. Müasir Azaərbaycan dilində saymənalı və sayköklü sözlər.Məqalə.“20 yanvardan Qarabag zəfərinə doğru”,XXXIV Beynəlxalq Simpozium 2023,28 yanvar,Kars,Türkiyə.Səh.61-64

İŞTİRAK ETDİYİ TƏLİMLƏR, ALDIĞI SERTİFİKATLAR
Azərbaycan Respublikası Təhsil Nazirliyi . Avropa İttifaqı. ADPU. UNİSEF, RİİB İnklüziv təhsil. Sertifikat
Azərbaycan Gənclər Fondu. Azərbaycan Gənc alim, doktorant və magistrlar cəmiyyəti noyabr, 2021. Təlimdə iştirakına görə Sertifikat

Ulu öndər Heydər Əliyevin anadan olmasının il dönümlərinə həsr olunmuş və ADPU-nun Şəki filialında keçirilən 2006-2021 - ci illəri əhatə edən 14 Tələbə Elmi Konfranslarında da iştirak etmişdir.