Print 

ƏKBƏROVA ƏSMAYƏ BƏXTİYAR QIZI
“Dillər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, baş müəllim

QISA BIOQRAFİK MƏLUMAT
25 aprel 1947– ci ildə Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə Şəki şəhər Pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə M.F.Axundov adına Xarici Dillər İnstitutunun Fransız dili fakultəsinə daxil olmuş, 1971-ci ildə bitirmişdir. 1972-1974-cü illərdə Şəki şəhəri 12N-li orta məktəbdə müəllim kimi işə başlamışdır. 1974- cü ildə Şəki şəhəri 20 N-li orta məktəbə köçürülmüş, 2002-ci ilə qədər həmin məktəbdə fəaliyyət göstərmişdir. 2002-ci ildən fəaliyyətini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında davam etdirmışdir. Hazırda “Dillər və onlarin tədrisi texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışır.
Ailəlidir. Əri hazırda işləmir. II qrup əlildir.
Üç övladı var.
Qızı - Cəfərova Şəlalə Valid qızı, 1969-cu ildə Bakıda anadan olub. Orta ixtisas təhsillidir. Musiqi müəllimidir. Ailəlidir. Üç övladı var..
Oğlu- Səlimli Taleh Valid oğlu 1971-ci ildə Bakıda anadan olub. Əvvəl Ə.Əzimzadə adına Rəssamlıq texnıkumunu fərqlənmə diplomu ilə başa vurmuş, sonra Azərbaycan Dövlət İncəsənət Universitetinin “Qrafika” fakultəsini bitirmişdir.Ailəlidir .Iki övladı var.
Oğlu- Səlimov Xalid Valid oğlu- 1974-cü ildə Şəkidə .Şəhərində anadan olmuşdur. Orta ixtisas təhsillidir.Ailəlidir. İki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1971-ci ildə M.F.Axundov adına Xarici Dillər İnstitutunu bitirmişdir. Baş müəllimdir.
ƏMƏK FƏALİYYƏTİ
1972- cı ildən 12 N-li məktəbdə müəllim
1974-ci ildən 20 N-li məktəbdə müəllim
2002-ci ildən AMİ-nin Şəki filialında metodist və baş müəllim
2006-ci ildən AMİ-nin Şəki filialında ƏTMX kabinetinin müdiri
2016- cı ildən “Dillər”kafedrasının müdiri

TƏDRİS ETDİYİ FƏNLƏR
İxtisas dilinin leksikalogiyası
Fransız dili bacarıqları
S/F.Tərcümə

BEYNƏLXALQ SEMİNARLAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1.2007, 28 iyul. Bakı. Fransa səfirliyi.
2.2008, 21 iyul. Bakı .Fransa səfirliyi.
3.2005, 14,15 aprel. Baki. ADU.tezis
4.2008, aprel. Baki. AMİ.
5.2009, 30 aprel. Baki. AMİ.
6.2011, iyun. Şəki. Fransa səfirliyi.
7.2011. “MƏDƏD”kursu. Şəki
8.2013 iyul Bakı Fransa səfirliyi
9.1999, 17 dekabr. Bakı. Fransa səfirliyi.
10.2000, 14 aprel . Bakı. Fransıa səfirliyi.
11.2000, iyul-avgust. Fransa-Bezanson “Beynəlxalq Dilçilik Mərkəzi.”(CLA)
12.2001, 11 iyun. Bakı. Fransıa səfirliyi.
13.2004-2006, Bakı. 3 illik fəaliyyət. ABŞ səfirliyi tərəfindən həyata keçirilmiş layihə. (İREX)Sertifikat -“Trener”.
14.L`embassade de France en Azerbaidjan.L İnstitut Français d`Azerbaidjan 19-23 juin Şeki. 2017.
15.L`embassade de France en Azerbaidjan.L İnstitut Français d`Azerbaidjan 17-21 juillet 2017.”Compétence de l`expression orale”. Bacou
16.L`embassade de France en Azerbaidjan.L İnstitut Français d`Azerbaidjan.22-29 juillet 2018 Bacou
17.L`embassade de France en Azerbaidjan.L İnstitut Français d`Azerbaidjan 22-29- 2018.Gouba
18. Unisef və “Regional İnkişaf”İctimai birliyi tərəfindən həyata keçirilən layihə 12-15 mart 2019. Bacou
19.”Region Universitetlərinin Gənc Tədqiqatçıları Üşün seminarlarının təşkili”layihəsi. 16 noyabr 2021.Şəki

ƏKBƏROVA ƏSMAYƏ BƏXRİYAR QIZININ ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
1.“Azərbaycan-Fransa ədəbi əlaqələri”. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu. Bakı. Tədqiqlər. N3.2004.
2.“Təhsilin humanistləşdirilməsi və pedaqoji kadrların ixtisasının artırılması məsələlərinə müasir baxış.” Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu. Bakı. Tədqiqlər. N.2004.
3.“Qəlbimin dedikləri”. Fransiz şairlərindən tərcümələr toplusu. Beynəlxalq Elm Mərkəzi. -Vektor. Bakı.2005.
4.Tərcümə və transmilli proseslər.“ Beynəlxalq konfrans- tezislər “Dillər”Universiteti. 14-15 aprel. Bakı. 2005.
5.Pedaqoji Universitetlərin qeyri- ixtisas fənn fakultələrinin bakalavr pilləsi üçün “Fransız dilinin tədrisi proqramı” Metodik vəsait. Bakı. 2011.
6.“Les poèmes traduites du français” Le Français en Azerbaïdjan” elmi-publisistik jurnal. Bakı. 2006. N1
7.“Xarici dil dərslərində yeni təlim texnalogiyalarından istifadə”. AMİ-nin Xəbərləri 2007. Bakı.N3.
8.“İnterraktiv kurrikulum: mahiyyəti və nümunələr”- İREX. Müəllim üçün vəsait. Adiloğlu nəşriyyatı. Bakı.2006.
9.”La francophonie en Azerbaïdjan” .”Le Français en Azerbaïdjan” elmi-publisistik jurnal. Bakı. 2008. N1
10.“Victor Hugo-Tribün şair, Qoca Orfey” ”Le Français en Azerbaïdjan”elmi-publisistik jurnal. Bakı. 2008. N4
11.“Müasir Azərbaycan gəncliyi: dövlətçilik və siyasət.”Respublika Elmi konfransı.AMİ. Tezislər.Baki.2008.
12.“Andraqoq yaşlıların təhsilinin təşkilatçısı vı animatorudur.” AMİ. Respublika Elmi Konfransının materialları. Bakı. 2009.
13.“Fransız dili frazeoloji birləşmələrinin Azərbaycan dilində səslənmə variantları “Humanitar elmlərin öyrədilməsinin aktual problemləri”. Jurnal. Bakı. 2009.N1
14.“La semaine de la langue française.” ”Le Français en Azerbaïdjan” elmi-publisistik jurnal. Bakı. 2009. N2.
15.“Müasir təlim metodlarının alovlu təbliğatçısı”. “Humanitar elmlərin öyrədilməsinin aktual problemləri”. Jurnal. Bakı. 2009.N4.
16.“Fête de la francophonie” ”Le Français en Azerbaïdjan” elmi-publisistik jurnal. Bakı.2010. N1
17.“Qabaqcıl məktəblər və yaradıcı müəllimlər”adlı metodiki vəsait. Şəki. 2010
18.“Xarici dil dərslərində müasir təlim metodlarından istifadə yolları”. “Dillər Universiteti.” . Beynəlxalq konfransın materialları- tezis. Bakı. 7-8 iyun. 2012.
19.“Gənclərin tərbiyəsində ailə, məktəb və ictimaiyyətin rolu.” Təhsil Problemləri İnstitutu. Beynəlxalq konfransın materialları- tezis. Bakı. 28 iyun. 2012.
20.“Qabaqcıl məktəblər və yaradıcı müəllimlər” adlı metodiki vəsait. Şəki.2010
21.“Təhsil sistemində gənc nəslin təlim-tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı 28 iyun. 2012
22.“Xarici dil gənclərin həyatında inkişafa doöru ən güclü vasitədir” Elmi xəbərlər”ADU N1 Bakı-2015
23.“Qabaqcıl məktəblər və yaradıcı müəllimlər” adlı metodiki vəsait. 2014-Şəki(2 cilddə)
24.“Fransız dili frazeoloji birləşmələrinin Azərbaycan dilində səslənmə variantları”. “Dil və ədəbiyyat”ADU. Bakı – 2015 N1
25.“Xarici dillərin tədrisinin aktual problemləri” Respublika elmi-praktik konfransının materialları. Bakı. 5-6 may. 2016

TƏLTİFLƏRİ.
1.Fransa Milli Təhsil Nazirliyinin”Chevalier dans l`Ordre des Palmes . Académiqies”diplomu 04. 09. 2009.
2.Fransa Milli Təhsil Nazirliyinin”Chevalier dans l`Ordre des Palmes Académiques” medalı. 04. 09. 2009.
3.“Qabaqcıl təhsil işçisi” ordeni 10.04. 2022