Print 

Abdullayeva Xalidə Firuddin qızı
Dillər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

QISA BIOQRAFİK MƏLUMAT
07.12.1975 – ci ildə Şəki şəhərində anadan olmuşdur. 1992-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi, 1997-ci ildə Lənkəran Dövlət Universitetinin şərqşünaslıq (fars dili) ixtisasını bitirmişdir. 2007-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasında (qiyabi) təhsil almış, 2016-cı ildə Dil nəzəriyyəsi ixtisası üzrə “Cümlə üzvləri və mürəkkəb cümlə komponentləri sırasının nəzəri əsasları (XIII-XIV əsrlər Azərbaycan ədəbi dili materialları əsasında)” adlı dissertasiya mövzusunu müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2000-ci ildən BDU-nun Şəki filialında əmək fəaliyyətinə başlamış, 2001-ci ildən Dillər kafedrasında müəllim, baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən AMİ Şəki filialı Pedaqoji fakültənin dekanı təyin edilmiş, 2015-ci ildən ADPU Şəki filialı Pedaqoji fakültənin dekanı vəzifəsində çalışır.
Ailəlidir. Əri A.M.Ramazanov (30.06.1964) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, sahibkardır.
İki övladı var. Oğlu Alp Ağaəli oğlu (11.11.2011) Şəki şəhər 10 saylı orta məktəbdə 4-cü sinif şagirdidir. Qızı Ramazan Sehri Ağaəli qızı (06.09.2017).

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1997-ci ildə Lənkəran Dövlət Universiteti, şərqşünaslıq (fars dili).
2011-ci ildə AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu doktorantura (qiyabi)

ƏMƏK FƏALİYYƏTİ
2000-ci ildə Bakı Dövlət Universitetinin Şəki filialında dispetçer
2003-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim, baş müəllim
2008- ci ildən AMİ-nin Şəki filialı Pedaqoji fakültənin dekanı
2015-ci ildən ADPU-nun Şəki filialı Pedaqoji fakültənin dekanı

TƏDRİS ETDİYİ FƏNLƏR
Azərbaycan dili, Müasir Azərbaycan dili, Nitq mədəniyyəti, Əski Azərbaycan yazısı

TƏDQIQAT SAHƏSİ
Dil nəzəriyyəsi

BEYNƏLXALQ SEMİNARLAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1.XIII-XIV əsrlər Azərbaycan ədəbi dilində cümlə üzvlərinin sırası. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materialları. II cild. Bakı Dövlət Universiteti. Bakı, 2011.
2.Nəsiminin şeirlərində cümlə üzvləri və mürəkkəb cümlə komponentlərinin inversiyası. Azərbaycan Texniki Universiteti, Beynəlxalq konfrans, 2019.
3.Nəsimi şeirlərində inversiyanın xüsusiyyətləri. AMEA Nəsimi adına Dilçilik İnstitutu
Respublika konfransı. 2019.
4.Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlə komponentləri sırasının kommunikativ aspekti (XIII-XIV əsrlər Azərbaycan ədəbi dili materiallari əsasında). B.Vahabzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans. Qars, Türkiyə. 2020.
5.Klassik Azərbaycan poeziyasında interpozitiv təyin budaq cümləli tabeli mürəkkəb cümlələr. Həbibinin 550 ilik yubileyinə həsr olunmuş beynəlxalq konfrans. Makedoniya, 2020.

Xalidə Firuddin qızı Abdullayevanın elmi əsərlərinin siyahısı
1.Fars danışıq dilininin bəzi fonetik xüsusiyyətləri. Pedaqoji Universitetin xəbərləri N 3, 2004.
2.Azərbaycan və fars dillərində frazeoloji vahidlərin qarşılıqlı ifadə olunmasına dair.
AMEA Nəsimi adına dilçilik İnstitutu, Tədqiqlər N4, 2007.
3.XIII-XIV əsrlər Azərbaycan ədəbi dili sadə cümlələrində mübtəda və xəbərin yeri. Filologiya məsələləri N8, 2008.
4.XIII-XIV əsrlər Azərbaycan ədəbi dili cümlə strukturunda tamamlığın yeri. Filologiya məsələləri N8, 2009.
5.Инверсия членов предложения в литературном Азербайджанском языке XIII-XIV веков. Хабаршы N3(52), Алматы, 2010.
6.XIII-XIV əsrlər Azərbaycan ədəbi dili sadə cümlələrində zərfliklərin yeri. AMEA Nəsimi adına dilçilik İnstitutu, Tədqiqlər N1, 2010.
7.Коммуникативный аспект порядка компонентов сложноподчиненного предложения в Азербайджанском литературном языке XIII-XIV веков. Ученые записи Таврического Национального университета им. В.И.Вернадского. том25 (64) N2, ч.2. Симферополь, 2012. 8.XIII-XIV əsrlər Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlə komponentlərinin inversiyasında aktuallaşmanın rolu. Filologiya məsələləri N3, 2013.
9.XIII-XIV əsrlər Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlə komponentlərinin inversiyasında üslubi-struktur xüsusiyyətlərin rolu. Azərbaycan Dillər Universiteti. Dil və ədəbiyyat N 4, 2013.
10.Tabesiz mürəkkəb cümlə komponentlərinin sırası kommunikativ planda (XIII-XIV əsrlər Azərbaycan ədəbi dili materialları əsasında). Azərbaycan Dillər Universiteti. Dil və ədəbiyyat N 1, 2014.
11.Nəsimi şeirlərində inversiyanın kommunikativ və üslubi xüsusiyyətləri. Azərbaycan Dillər Universiteti. Dil və ədəbiyyat N 4, 2015.
12.Nəsimi şeirlərində tabeli mürəkkəb cümlə komponentləri inversiyasının kommunikativ və üslubi xüsusiyyətləri. Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər N 5, 2015.
13. Uşaq şeirlərində söz sırasının üslubi və kommunikativ funksiyası. AMEA Nəsimi adına Dilçilik İnstitutu,Tədqiqlər, N4, 2018.

İŞTIRAK ETDIYI TƏLIMLƏR, ALDIĞI SERTIFIKATLAR
* 2022-ci il, 23 fevral. Şəki. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının tətbiqi” adlı layihə çərçivəsində seminar.
* 2021-ci il, 16 noyabr Şəki. Azərbaycan Gənclər Fondu, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən “Region Universitetlərinin Gənc Tədqiqatçıları üçün seminarların təşkili ” layihəsi çərçivəsində seminar.
* 2019-cu i, 22-25 oktyabr Bakı. Avropa İttifaqı, UNİCEF, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən İnkluziv təhsildə Şəxslərarası Ünsiyyət və İcmalarla İş Bacarıqlarının Artırılması üzrə Təlimçilərin Təlimi.
* 2019-cu i, 4-8 fevral Bakı. Avropa İttifaqı, UNİCEF, Azərbaycan Respublikası Təhsil Nazirliyi, RİİB tərəfindən həyata keçirilən İnkluziv Təhsil üzrə Təlimçilərin Təlimi
* 2015 – ci il, 22 – 27 may Şəki. “Təhsildə Fəlakət Riskinin Azaldılması ” təlimçilərin təlimi seminar. Azərbaycan Müəllimlər İnstitutu və UNİCEF – in birgə layihəsi
* 2009 – cu il, fevral. İKT –nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatının birgə layihəsi.
* 2007 –ci il , avqust. Bakı. “Liderlik, Nüfuz və Təşkilati Quruculuğa giriş” mövzusunda təlim. Beynəlxalq Respublikaçılar İnstitutunun USAİD-lə layihəsi
* 2005 – cı il , Şəki. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı “Kompyuter hazırlıq kursu”
* 2004 – cü il, iyun. Şəki. “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə “Fəal və İnteraktiv təlim metodları” mövzusunda təlim kursu. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitunun Şəki filialı