Print 

Bədiyev Sədrəddin Rəhim oğlu
ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının müdiri

Qısa bioqrafik məlumat
Mən,Bədiyev Sədrəddin Rəhim oğlu 1946-cı ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunun Burc kəndində kəndli ailəsində anadan olmuşam.
1955-ci ildə Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kəndində 1 № li orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 1966-cı ildə həmin məktəbin 11- ci sinfini bitirmişəm.
1966-cı ildə Lenin adına APİ-nin (indiki ADPU) fizika fakültəsinə qəbul olmuş, 1970-ci ildə institutda təhsilimi başa çatdıraraq “ Orta məktəblərdə fizika müəllimi” ixtisasını almışam.
1970-ci ildə təyinatla Şəki rayonunun İncə-Zunud kənd orta məktəbinə ixtisasım üzrə müəllim təyin olunmuşam.
1971-1972-ci illərdə hərbi xidmətdə olmuşam.
1972-1975-ci illərdə Şəki rayonunun İncə-Zunud, 1975-1983-cü illərdə isə həmin rayonun Qoxmuq kənd orta məktəbində fizika müəllimi işləmişəm.
1983-cü ildən 1997- ci ilədək Azərbaycan Mərkəzi Müəllimlər İnstitutunun Şəki filialında tərbiyə kabinetinin müdiri vəzifəsində işləmişəm.
1997-2003-cü illərdə BDU-nun Şəki filialında tədris şöbəsinin müdiri, böyük inspektoru kimi vəzifələrdə işləmişəm.
2003-cü ildən 2008-ci ilədək AMİ-nin Şəki filialında “Yeni təlim texnaogiları və dayaq məntəqələri ilə iş” kabinetinin müdiri vəzifəsində işləmişəm.
2008-ci ildən etibarən AMİ-nin Şəki filialındakı Ümmelmi fənlər kafedrasının müdiri vəzifəsində işləyirəm.
2005- ci ilin martında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun dissertantura şöbəsinə qəbul olmuşam. 2008-ci ilin noyabrında “Şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində yeni təlim texnalogiyalarından istifadə (riyaziyyat və təbiət fənləri materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam.
Beynəlxalq və respubilika xarakterli konfranslarım iştirakçısı olmuşam.
Yerli mətbuatda vaxtaşırı pedaqoji xarakterli məqalələrlə çıxış edirəm.
YAP Şəki təşkilatının ilk təşkilat sədri kimi siyasi – ictimai iş aparıram.
“Azərbaycan Respublikasının Qabaqcıl Maarif Xadimi” adını layiq görülmüşəm,AR Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşam.
1974-cü ildən evliyəm. Iki qız övladım vardır.
Həyat yoldaşım – Hacıyeva Həmidə Qərib qızı 1952 ildə şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Ali təhsillidir. Hal-hazırda Şəki şəhərindəki 19 № li tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
Böyük qızım – Bədiyeva Lalə Sədrəddin qızı 1984-cü ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Musiqi Akademiyasında təhsil almışdır. Ailəlidir.
Kiçik qızım – Bədiyeva Ülkər Sədrəddin qızı 1986- cü ildə Şəki şəhərində anadan olmuşdur. Ali təhsillidir. Ailəlidir. Rusiya federasiyasının vətəndaşıdır. Moskva vilayətinin Kolomna şəhərində yaşayır.
Tərcümeyi halımı özüm yazdım, imzamla təsdiq edirəm.
Bir çox pedaqoji və müəllimlər üçün metodiki vəsaitlərin müəllifiyəm.
Təhsili elmi dərəcəsi və elmi adları:
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fiziza fakultəsini bitirmişdir.
2005-ci ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun dissertantirasına qəbul olmuş, 2008-ci ilion noyabrında “Şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində yeni təlim texnologiyalarından istifadə (riyaziyyat və təbiət fənlərin materialları əsasında)” mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2018-ci ildə “dosent” elmi adına layiq görülmüşdür.

ƏMƏK FƏALİYYƏTİ:
Təyinatı üzrə 1970-ci ildə Şəki rayonunun İnçə-Zunud kənd orta məktəbinin fizika müəllimi təyin edilmişdir.
1975-1983-cü illərdə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərmişdir.
1983-1997-ci illərdə Azərbaycan Mərkəzi Müəllimlər İnstitutunun Şəki filialında tərbiyə kobinetinin müdiri vəzifəsində işləmişdir.
1997-2003-cü illərdə BDU-nun Şəki filialında Tədris şöbəsinin müdiri, böyük inspektor vəzifələrində işləmişdir.
2003-2008-ci illərdə AMİ-nin Şəki filialında “Yeni təlim-texnologiyaları və dayaq məntəqələri” iş kabinetinin müdiri vəzifəsində işləmişdir.
2008-2015-ci illərdə AMİ-nin Şəki filialında Ümumelmi fənlər kafedrasının müdiri vəzifəsində işləmişdir.
2015-ci ildən indiyə qədər ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının müdiri vəzifəsində işləyir.

TƏDRİS ETDİYİ FƏNLƏR:
1.Fizikanin tədrisi metodikası
2.Pedaqogika

TƏDQİQAT SAHƏSİ:
Səriştəli səviyəli pedaqoji kadrların formalaşdırılmasında yeni təlim texnologiyalarından istifadə

DOSENT S.BƏDİYEVİN ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI:
Müdafiəyə qədər
1.Fizika dərslərində xətaların hesablanmasının öyrədilməsi. Fizika və riyaziyyat tədrisi jurnalı. 1978 № 1. Səh. 19-20.
2.Fizikadan test məsələlərin həlli metodikası və testlər.Müəllimlər üçün metodik vəsait.Bakı,“Təhsil” nəşriyyatı 1999.Səh. 146
3.Fizakadan test məsələlərinin şagirlərin intellektual səviyyəsinin yüksəldilməsində rolu və təsnifi.Metodik vəsait.Bakı, “ Müəllim” nəşriyyatı, 2003.Səh. 31
4.Filialın dayaq məntəqələri ilə əlbir işi.AMİ-nin “elmi əsərləri” jurnalı.Bakı № 2, 2004.23-27
5.Yaradıcı işləməyi həyat amilinə çevirən müəllim. AMİ-nin “elmi əsərləri” jurnalı.Bakı, №4, 2004.Səh. 22-29
6.Fizikanın tədrisində fəal təlim metodlarından istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi.Metodik vəsait.Bakı, ADPU-nun nəşriyyatı, 2005, Səh 77
7.Ümumtəhsil məktəblərində yeni təlim texnalogiyalarından istifadə edərək şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi.Azərbaycan məktəbi jurnalı. Bakı, 2005, №6.Səh. 66-72
8.Yeni təlim texnalogiyalarından istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində liderlik problemi.“Humanitar elmlərin öyrədilməsinin aktual prolemləri” jurnalı.Bakı, 2005, №4.Səh.216-219
9.Fizika dərslərində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində yeni təlim texnalogiyalarının rolu.ADPU-nn xəbərləri.Bakı, 2005, №5.Səh. 487-492
10.Yeni təlim texnalogiyaları vasitəsilə ibtidai sinif şagirdlərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi.ADPU-nun xəbərləri jurnalı.Bakı, 2006, № 4.Səh. 47-51
11.Yeni təlim texnalogiyaları dərslərdə.Metodik vəsait.Şəki, 2007.Səh. 99
12.Təlim texnalogiyaları və onların mahiyyəti .İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı. Bakı, 2008, №1.Səh. 48-51
II.Müdafiədən sonra
1.Şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin yolları .AMİ-nin xəbərləri.Bakı, 2009, №4.Səh. 56-59
2.Yeni təlim texnalogiyalarından mühazirə mətnləri.Müəllimlər üçün metodik vəsait.Bakı,“Dərələyəz-M” nəşriyyatı 2009.Səh. 191
3.Müəllimin professoqramında etika problemi.“Humanitar elmlərin öyrədilməsinin aktual problemləri” jurnalı.Bakı, 2010, №5.Səh. 157-161
4.Технология обучения, его сущность. Вестник. Казахский нацнональный Университет.Алматы, № 2-3, 2010.ст. 140-143
5.Пути развития творческих способностей учащихся.Москва-Международной наугно-практической конференции.18-20 октября,2010. 5. ст. 36-37
6.Технология обучения, его сущность.Педагогические науки.Москва, № 4, 2010.ст. 10-13
7.Didaktika.Dərs vəsaiti.Bakı, 2011 .Mütərcim.Səh 623
8.“Didaktika” proqramı.Bakalavr pilləli ali məktəblər üçün vəsait.Bakı, 2011.Səh. 11
9.Müəllimlik sənətində etika problemi.«Müəllim hazırlığının müasir problemləri” mövzusunda beynəlxalq konfrans. AMİ,Bakı,2011.Səh.152-154
10.“ Şagirdlərin əxlaq tərbiyəsi” mövzusunun yeni texnologiyalarla tədrisi.AMİ II Beynəlxal konfrans.AMİ,Bakı,2012.101-107
11.Yeni təlim texnologiyalı dərslərdə tərbiyə problemləri.ADPU xəbərləri.Bakı,2012,№4
12.Yeni Təlim texnologiyalarının tətbiq olunduğu dərslərdə tərbiyə məsələləri.Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Elmi konfrans.Bakı, 28 iyun, 2012.Səh, 136-137
13.Gənc nəslə erməni vandalizmi haqqında.Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. Beynəlxalq konfrans.Bakı, 2013.Səh.39-41
14.Yeni təlim texnologiyalarından mühazirə mətnləri (əlavələr edilməklə yenidən işlənmiş variantı).Müəllimlər üçün vəsait .ADPU-nun nəşriyyatı.Bakı-2014.Səh 139
15.Ənənə və müasirlik: müasir dərsin bəzi xüsusiyyətləri haqqında.“Humanitar elmlərin öyrədilməsinin aktual problemləri” jurnalı.№1,2014.Səh. 176-180
16.Görkəmli pedaqoq Rəşid bəy Əfəndiyev “Humanitar elmlərin öyrədilməsinin aktual problemləri” jurnalı.№4, 2014.Səh. 176-180
17.Biliklərin müstəqil əldə edilməsi- Qlobal təhsilin önəm verdiyi problem “Humanitar elmlərin öyrədilməsinin aktual problemləri” jurnalı.№3, 2015. Səh. 107-110
18.Müəllim peşəkarlığının taksonomiyası “Təhsil” jurnalı.№11, 2016.Səh. 38-44
19.Azərbaycanda gender siyasəti Ümummilli lider Heydər Əliyevin ideyalarının davamı kimi.Pedaqoji Universitetin xəbərləri.Hümanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası.№1, 2016.Səh. 82-89
20.Milli təhsilimizin inkişaf mərhələləri.“Təhsil” jurnalı.№ 12, 2016.Səh. 24-31
21.Heydər Əliyevin gender siyasəti qadın hərəkatını stimullaşdıran vasitə kimi.VIII Beynəlxalq Elmi Konfransın materialları.(Azərbaycanşunaslığın aktual problemləri) 04-05 may 2017-ci il.Səh. 84-86
22.Öyrənək öyrədək.Metodik tövsiyyə.2017.Səh.111
23.Qlobal təhsil siyasətinin mahiyyəti.Məqalə.Təhsil jurnalı Bakı 2018. Səh 48-52
24.Təhsil prosesi və metodologiya.Məqalə.Təhsil jurnalı 2018.Səh 78-81
25.Fəal təlim metodları.Məqalə.Təhsil jurnalı Bakı 2019.Səh 71-74
26.Sxolastik təlimi reallığa çevirən pedaqoq.BDU-da keçirilən Y.A.Komenskinin 450 illiyinə həsr edilmiş beynəlxalq konfrans.4-5 aprel 2019.Səh 76-78
27.Azad tərbiyə haqqında düşüncələr.Məqalə.Təhsil jurnalı.Bakı 2020.Səh 46-49
28.Dövlətimizin təhsil siyasəti.Təhsil jurnalı.Bakı 2021 №7
29.Pedaqoji kadr hazırlığının metodologiyası və taksonomiyası.Respublika konfransının materialları.Bakı 2021 dekabr
30.Su və ekoloji tarazlıq.Təhsil jurnalı .Bakı 2022 №2

ALDIĞI SERTİFİKATLAR:
1.Fəal və interaktiv təlim metodları üzrə “Öyrədən” statusunun verilməsinə aid sertifikat. 30 iyun 2004-cü il
2.Menecer təhsili üzrə “Öyrədən” statusunun verilməsinə aid sertifikat. 29 0ktyabr 2004-cü il
3.Peace Corps Azerbaijan Certificate of Appreciation january 2008
4.UNİSEV tərəfindən verilən “Təlimki şəhadətnaməsi sertifikatı aprel 2009
5.İnklüziv təhsilə aid sertifikat iyul 2013
6.Təhsildə fəlakət riskinin azaldılması ali sertifikat UNİSEV may 2015
7.UNİSEV və RİİB tərəfindən keçirilən inklüziv təhsilə aid sertifikat. 2017
8.Gənc tədqiqatçılara aid sertifikat noyabr 2020
9.Gənc tədqiqatçılara aid sertifikat fevral 2022

S.R.Bədiyev pedaqoji fəaliyyəti dövründə aşağıdakı təltiflərə layiq görülmüşdür:
1.Azərbaycan Respublikasının Qabaqcıl maarif xadimi döş nişanı
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı

Dos. S.RBədiyev Yeni Azərbaycan Partiyasının Şəki təşkilatının “Dodu” ərazi ilk təşkilatının sədri kimi ictimai iş aparır.