QISA BİOQRAFİK MƏLUMAT
Murad Qəhrəmanov 1992-ci ildə Şəki rayonunun Baltalı kəndində anadan olub. 1999-2010-cu illərdə Şəki rayonu Baltalı kənd tam orta məktəbində orta təhsil, 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (indiki ADPU-nun Şəki filialında) “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə Lənkəran Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə Lənkəran rayonu Köhnə Gəgir kənd orta məktəbində “Coğrafiya müəllimi”, 2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində, 2018-ci ildən bugünədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasında 0.5 ştat “Coğrafiya müəllimi” vəzifəsində çalışır. Həmçinin 2018-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Bitkilərin biokimyası” şöbəsində böyük laborant vəzifəsində, 2021-ci ildən isə “Landşaftşünaslıq” şöbəsində elmi işçi vəzifəsində çalışır. Ailəlidir.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (indiki ADPU-nun Şəki filialında) “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr,
2014-2016-cı illərdə Lənkəran Dövlət Universitetində “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə magistr təhsili alıb.
ƏMƏK FƏALİYYƏTİ
2015-2016-cı illərdə Lənkəran rayonu Köhnə Gəgir kənd orta məktəbində coğrafiya müəllimi,
2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetində tyutor,
2018-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Bitkilərin biokimyası” şöbəsində böyük laborant,
2018-ci ildən bugünədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialinda “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasında 0.5 ştat müəllim,
2021-ci ildən bugünədək Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin “Landşaftşünaslıq” şöbəsində elmi işçi vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
İqtisadi və sosial coğrafiya
TƏDRİS ETDİYİ FƏNLƏR
İqtisadi və sosial coğrafiyanın əsasları – Proqram Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisası tələbələri üçün nəzərdə tutulmuşdur. İqtisadi və sosail coğrafiyanın əsasları fənni “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə digər fənlərlə birgə peşəkar mütəxəssis yetişdirmənin əsasını qoyur. Bütün fənlər kimi iqtisadi və sosial coğrafiya elmi də özünün predmeti, obyekti və tədqiqat üsulları ilə fərqlənir. “İqtisadi coğrafiya” müxtəlif təsərrüfat sahələrinin yerləşdirmə qanunauyğunluqlarını tədqiq edir.
Regional iqtisadi coğrafiya – Proqram Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisası tələbələri üçün nəzərdə tutulmuşdur. “Regional iqtisadi coğrafiya” fənninin məqsədi dünyanın bütövlükdə, ayrı-ayrı regionlarının təsərrüfat sahələrini və onların istehsalına daxil olan sahələrin ərazi təşkilini, dövlətlərinin və regionlarının məhsul istehsalında və tədarükündə beynəlxalq ixtisaslaşması proseslərinin mahiyyətini, ölkələrarası və regionlarası təsərrüfat əlaqələrinin, dünya iqtisadiyyatının beynəlmiləlləşdirilməsi və qloballaşdırılması xüsusiyyətlərini daha geniş açmaqla tələbələri tanış etmək, dünyanın siyasi, iqtisadi və sosial həyatının mənzərəsini açmaqla müasir gənclərin dünyagörüşü səviyyəsini artırmaqdır.
Turizm coğrafiyası – Proqram Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisası tələbələri üçün nəzərdə tutulmuşdur. “Turizmin coğrafiyası” fənnində turizmin yaranma tarixindən, forma və növlərindən, beynəlxalq turizmin dünya iqtisadiyyatındakı rolundan, turizm və təbiətin mühafizəsi məsələlərindən, əsas beynəlxalq, regional və milli turizm təşkilatları barədə informatik materiallardan, dünya regionları üzrə turizmin müasir vəziyyəti və inkişaf perspektivlərindən danışılır.
DƏRS VƏ METODİK VƏSAİTLƏRİ
1. “Hidrometeorologiya” – Həmmüəllif H.L.Mustafabəyli, Seçmə fənn proqramı (bakalavr səviyyəsi üçün), İxtisas: 050117-Tarix və coğrafiya müəllimliyi, ADPU-nun Şəki filialının Elmi Şurasının 12 fevral 2019-cu il tarixli iclasının (protokol №6) qərarına əsasən çap edilmişdir. KASKAD MMC, Şəki, 2019, 12 s.
1. “Azərbaycanın fiziki coğrafiyası” – Həmmüəllif H.L.Mustafabəyli, Fənn proqramı (bakalavr səviyyəsi üçün), İxtisas: 050117-Tarix və coğrafiya müəllimliyi, ADPU-nun Şəki filialının Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli iclasının (protokol №4) qərarına əsasən çap edilmişdir. KASKAD MMC, Şəki, 2024, 14 s.
2. “Regional fiziki coğrafiya” – Həmmüəllif H.L.Mustafabəyli, Fənn proqramı (bakalavr səviyyəsi üçün), İxtisas: 050117-Tarix və coğrafiya müəllimliyi, ADPU-nun Şəki filialının Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli iclasının (protokol №4) qərarına əsasən çap edilmişdir. KASKAD MMC, Şəki, 2024, 14 s.
3. “Regional iqtisadi coğrafiya” – Həmmüəllif H.L.Mustafabəyli, Fənn proqramı (bakalavr səviyyəsi üçün), İxtisas: 050117-Tarix və coğrafiya müəllimliyi, ADPU-nun Şəki filialının Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli iclasının (protokol №4) qərarına əsasən çap edilmişdir. KASKAD MMC, Şəki, 2024, 34 s.
4. “İqtisadi və sosial coğrafiyanın əsasları” – Həmmüəllif H.L.Mustafabəyli, Fənn proqramı (bakalavr səviyyəsi üçün), İxtisas: 050117-Tarix və coğrafiya müəllimliyi, ADPU-nun Şəki filialının Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli iclasının (protokol №4) qərarına əsasən çap edilmişdir. KASKAD MMC, Şəki, 2024, 22 s.
5. “Dünyanın iqtisadi və sosial coğrafiyası” – Həmmüəllif H.L.Mustafabəyli, Fənn proqramı (bakalavr səviyyəsi üçün), İxtisas: 050117-Tarix və coğrafiya müəllimliyi, ADPU-nun Şəki filialının Elmi Şurasının 26 dekabr 2023-cü il tarixli iclasının (protokol №4) qərarına əsasən çap edilmişdir. KASKAD MMC, Şəki, 2024, 8 s.
NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ
1. “Lənkəran – Astara iqtisadi rayonunun ekocoğrafi şəraitinin əhalinin məskunlaşmasına təsiri” (həmmüəllif: coğ.ü.f.d. Əzizov S., Şabanov E.), “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” üzrə “Sənaye İli”nə həsr olunmuş VIII ənənəvi Beynəlxalq elmi konfrans (Sumqayıt Dövlət Universiteti, “Azərkimya” istehsalat birliyi, AMEA-nın Polimer Materialları İnstitutu), Sumqayıt, Azərbaycan, 2014, səh. 216-220.
2. “Gəncə-Qazax iqtisadi rayonunun demoqrafik xüsusiyyətləri” (həmmüəllif: Səlimov C.), “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü”nə həsr olunmuş Magistrantların XV Respublika elmi konfransı (Sumqayıt Dövlət Universiteti), Sumqayıt, Azərbaycan, May 2015, səh. 352-354.
3. “Şəki-Zaqatala bölgəsinin torpaq növlərində kimyəvi tərkib müxtəlifliyinin ekocoğrafi amillərdən asılılığına dair” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L., Əliyeva A.H.), “Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” Beynəlxalq Elmi-praktiki konfrans. Göygöl, Azərbaycan, 22-24 dekabr 2021. səh. 268-273. ISSN: 2707-4498
4. “Şəki-Zaqatala bölgəsi ərazisində biomüxtəlifliyin reqressiv landşaft dinamikası və səhralaşma prosesləri ilə əlaqələri” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.) Azərbaycan Milli Elmlər Akademiyası “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans (“Şuşa ili”nə həsr olunur) Bakı, Elm nəşriyyatı, 22-24 sentyabr 2022, səh. 65.
5. “Şəki-Zaqatala bölgəsinin landşaft qurşaqlarında intensivləşməkdə olan səhralaşmanın biogeokimyəvi üsullarla tədqiqinə dair” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L., Əliyeva A.H.), Azərbaycan Milli Elmlər Akademiyası “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans (“Şuşa ili”nə həsr olunur) Bakı, Elm nəşriyyatı, 22-24 sentyabr 2022, səh. 255.
6. “Azərbaycanin Şəki-Zaqatala bölgəsinin torpaq növlərinin biogeokimyəvi xüsusiyyətləri” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), “Endless light in science” Beynəlxalq elmi-praktiki jurnal, 17 dekabr 2022, Almatı, Qazaxıstan. s. 301–307. DOI: 10.24412/2709-1201-2022-301-307.
7. “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin landşaft qurşaqlarında biogeokimyəvi proseslərin səciyyəvi xüsusiyyətləri” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), “Endless light in science” Beynəlxalq elmi-praktiki jurnal, 20 yanvar 2023, Almatı, Qazaxıstan. səh. 506–515. DOI: 10.24412/2709-1201-2023-506-515.
8. “Azərbaycanda urbanizasiya problemi” (həmmüəllif: geo-min ü.f.d. H.L.Mustafabəyli), “Endless light in science” Beynəlxalq elmi-praktiki jurnal, 20 fevral 2023, Almatı, Qazaxıstan. s. 448–456. DOI: 10.24412/2709-1201-2023-448-456.
9. “Биогеохимическая характеристика типов почв Шеки-Закатальского района Азербайджана” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), “Təbii ehtiyatlar potensialı və deqradasiyaya uğramış landşaftların ekoloji reabilitasiyası” adlı Beynəlxalq elmi-praktiki konfrans (A.A.Kadırov adına Çeçen Dövlət Universiteti), 17-18 mart 2023, Qroznı, Çeçenistan Respublikası, Rusiya. s. 248–254. DOI: 10.36684/86-1-2023-248-254. ISBN 978-5-91127-369-9
10. “Biogeomorfosenozlar və onlarin səciyyəvi biogeokimyəvi və landşaft - ekocoğrafi xüsusiyyətləri” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), “Endless light in science” Beynəlxalq elmi-praktiki jurnal, 20 mart 2023, Almatı, Qazaxıstan. s. 274–281. DOI: 10.24412/2709-1201-2023-274-281.
11. “Биогеохимическая характеристика типов почв Шеки-Закатальского района Азербайджана”, (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.) Международный научно-практический журнал. “Endless light in science”. Алматы, Казахстан, 25 апрель 2023, c. 543-548. DOI: 10.24412/2709-1201-2023-543-548. ISBN: 978-601-332-668-9.
12. “Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarinin bərpasi və biomüxtəlifliyin qorunmasi (I hissə)”, (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.) “Endless Light in Science” Beynəlxalq elmi-praktiki jurnal, 25 sentyabr 2023, Almatı, Qazaxıstan. s. 267-275. DOI: 10.24412/2709-1201-2023-267-275. ISSN: 2709-1201.
13. “Biyojeomorfozozlar ve karakteristik biyojeokimyasal ve peyzaj-ekocoğrafik özellikleri”, (həmmüəllif: geo-min ü.f.d. H.L.Mustafabəyli) Karabük Üniversitesi ve Pəncap Üniversitesi işbirliğinde “Uluslararası Türkiye ve Pakistan arasında tarihi ve coğrafi bağlantılar Sempozyumu: Geçmiş, bugün ve gelecek beklentileri” mövzusunda Beynəlxalq konfrans. 3-4 iyun 2022. Karabük, Türkiyə. s 25-33. ISBN: 978-605-9554-88-6.
14. “Azerbaycan'da şehirleşme sorunu” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), Karabük Üniversitesi ve Pencap Üniversitesi işbirliğinde “Uluslararası Türkiye ve Pakistan arasında tarihi ve coğrafi bağlantılar sempozyumu: Geçmiş, bugün ve gelecek beklentileri” mövzusunda Beynəlxalq konfrans. 3-4 iyun 2022. Karabük, Türkiyə. səh 34-42. ISBN: 978-605-9554-88-6.
15. “Меры по восстановлению ландшафта и защите биоразнообразия карабахского и восточно-зангезурского районов Азербайджана” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), Материалы VI Кавказского Международного экологического форума «Комплексное изучение экосистем горных территорий», «Чеченский государственный университет им. А.А. Кадырова», Грозный, Россия, 20-21 октября 2023 г, c. 249-256. DOI: 10.36684/102-1-2023-249-256. ISBN 978-5-91127-382-8
16. “Landşaftların inkişafı qanunauyğunluqlarına dair (Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid landşaftlarin timsalinda)” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfrans. 4-5 dekabr 2023. s. 495-511. Şəki, 2024. ISBN: 978-9952-8508-1-9.
17. “Oğuz rayonu ərazisində səhralaşma prosesinin öyrənilməsi” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L., Bəşirov S.İ., Əlizadə A.A.), AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfrans. 4-5 dekabr 2023. s. 652-674. Şəki, 2024. ISBN: 978-9952-8508-1-9.
18. “Biocoğrafi bölgü və rayonlaşma işlərində biogeokimyəvi metodlarin tətbiqi haqqinda” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.), “Endless Light in Science” Beynəlxalq elmi-praktiki (impakt faktor) jurnal, 26 mart 2024, Almatı, Qazaxıstan. səh. 8-17. DOI: 10.24412/2709-1201-2024-2-8-17. ISBN: 978-601-332-668-9
19. “Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının bərpası və biomüxtəlifliyin qorunması (II hissə)” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.) Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” mövzusunda Beynəlxaq konfrans. 20-21 iyun 2024. Bakı. s. 159-167.
20. “Новая классификация типов ландшафтных фаций” (həmmüəllif: geo-min ü.f.d. Mustafabəyli H.L.) Международной научно-практической конференции «Устойчивость природных ландшафтов и их компонентов к внешнему воздействию» посвящённой 70-летнему юбилею кандидата биологических наук, доц. И.А.Байракова. Грозный, Россия, 18-19 октября 2024 г, c. 405-414 - DOI: 10.36684/148-1-2024-405-414. ISBN 978-5-91127-442-9
21. “Urbanizasiya və ekoloji problemlərin qarşılıqlı təsiri haqqında” (həmmüəllif: geo-min ü.f.d. H.L.Mustafabəyli), “Endless light in science” Beynəlxalq elmi jurnal, 15 yanvar 2025, Almatı, Qazaxıstan. s. 26-34. DOI: 10.24412/3007-8946-2025-15-26-34. ISSN: 3007-8946.
22. “Biogeochemical signs of the desertification process in the territory of Gabala region of Azerbaijan” (həmmüəllif: geo-min ü.f.d. H.L.Mustafabəyli), Nature & Science International Scientific Journal, february 25, 2025. Baku, Azerbaijan. p. 23-29. DOI: 10.36719/2707-1146/53/23-29. ISSN: 2707-1146.
ELMİ-POPULYAR MƏQALƏLƏRİ
1. “Miqrasiya anlayışı, əsas növləri və nəticələri” Yer və insan elmi-nəzəri jurnalı, №2 (18) 22 iyul 2022. səh. 98-102. ISSN 2706-9168.
QƏZETLƏRDƏ MƏQALƏLƏRİ
1. “Dünyada iqtisadi və sosial inkişafa böyük töhfə” // “Respublika” qəzeti, 5 dekabr 2024, № 268 (8026). https://respublika-news.az/az/news/dunyada-iqtisadi-ve-sosial-inkisafa-boyuk-tohfe.
2. “Azərbaycanın ekoloji gələcəyinə töhfə” // “Şəki bələdiyyəsi” qəzeti, dekabr 2024, № 17 (251). https://issuu.com/shekibelediyyesi.
SERTİFİKATLARI VƏ TƏLTİFLƏRİ
- 2016-cı il iyul ayında Lənkəran Dövlət Universitetində təşkil olunmuş “Tyutor hazırlığı” təlimində iştirak etmiş və iştirak edənlər arasında yüksək nəticə göstərərək sertifikat əldə etmişdir.
- 2019-cu il 12-15 mart tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində inklüziv təhsil üzrə təlimdə iştirak etmiş və sertifikat əldə etmişdir.
- 2020-ci ildə ADPU-da "Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları" üzrə 18 saatlıq təlimi (26.08.2020-06.09.2020) müvəffəqiyyətlə (35/50 bal) bitirdiyinə görə sertifikat verilib.
- 23 fevral 2022-ci il tarixində Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” adlı layihə çərçivəsində təşkil olunan seminarda iştirakına görə sertifikat verilmişdir.
- 27 mart 2023-cü il tarixində “Elm günü” münasibətilə AMEA Şəki Regional Elmi Mərkəzin rəhbərliyi tərəfindən “2022-ci tədqiqat ilində çöl ekspedisiya işlərində fəal iştirakına” görə “Fəxri fərman”la təltif edilib.
- 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilmiş tədbirlərdə fəal iştirakına görə ADPU Şəki filialının rəhbərliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.