Print 

QISA BİOQRAFİK MƏLUMAT

Hüseynova Rəhimə 03.03.2001–ci il tarixində anadan olub. 2007-2018-cı illərdə Şəki şəhəri, Nizami Gəncəvi adına 7N tam orta məktəbdə təhsil almışdır. 2018-ci ildə 535 balla ADPU-nun Şəki filialının “Təhsildə sosial-psixoloji xidmət “ixtisasına qəbul olmuş və həmin universiteti 2022-ci ildə yüksək müvəffəqiyyətlə bitirmişdir.2022-ci ildə Gəncə Dövlət Universitetinin magistraturasının Pedaqoji fakültəsinin” Uşaq və yaş psixologiyası “ixtisasına qəbul olmuş, 2024-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.2024cü ildən ADPU-nun Şəki filialında müəllim vəzifəsində fəaliyyət göstərir. 2019-cu ildən YAP-ın üzvüdür.Subaydır

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2018-2022-ci illərdə ADPU-nun Şəki filialında” Təhsildə sosial-psixoloji xidmət “ixtisasında bakalavr pilləsi, 2022-2024-cü illərdə Gəncə Dövlət Universitetinin “Uşaq və yaş psixologiyası “ixtisasında magistr pilləsi üzrə təhsil almışdır.

ƏMƏK FƏALİYYƏTİ

2024-cü ildən ADPU-nun Şəki filialında müəllim vəzifəsinə təyin olunub.

TƏDQİQAT SAHƏSİ

Psixologiya

TƏDRİS ETDİYİ FƏNLƏR

İnkişaf və yaş psixologiyası
Humanist psixologiya
Şəxsiyyət və fəaliyyət psixologiyası
Tərbiyə psixologiyası