- Details
- Dərc edilib: 03 Fevral 2026
- Oxunma sayı: 25
Şəki şəhərində “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibəti ilə Şəki şəhəri üzrə gənclər və idman sektoru tərəfindən il ərzində keçirilən tədbirlərdə fərqlənən gənclərlə görüş keçirilib. Tədbir fevralın 2-də Şəki şəhəri üzrə gənclər və idman sektorunun akt zalında keçirilib.
Əvvəlcə Şəki şəhəri üzrə gənclər və idman sektorunun müdiri Ariz Əhmədov və Şəki Dövlət Regional Kollecinin direktor müavini çıxış edərək iştirakçıları bayram münasibəti ilə təbrik edib və bildiriblər ki, bu gün təkcə bir bayram deyil, həm də ölkəmizin gələcəyinə olan inamın, ümidin və güvənin təcəssümüdür. Azərbaycan gəncliyi hər zaman dövlətimizin inkişafında, cəmiyyətimizin tərəqqisində mühüm rol oynayıb və bu gün də həmin məsuliyyətli missiyanı layiqincə davam etdirir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri elm, təhsil, idman, mədəniyyət, texnologiya və digər sahələrdə böyük nailiyyətlər qazanır, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər.
Sonda il ərzində fəallığı ilə fərqlənən gənclərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları təqdim olunub. Təltif olunanlar arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Karyera mərkəzinin müdiri Xuraman Həmidova, tələbələr Xədicə Abdurahmanlı, Fidan Yusifova, Alvina Qarayeva da olublar.













