- Details
- Dərc edilib: 02 Mart 2026
- Oxunma sayı: 17
Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, tələbələr, Şəki Hazırlıq Mərkəzinin (ŞHM) tədris işləri üzrə müdir müavini Razi Cəlilov, mərkəzin kurikulum müəllimi Yadigar Rəsulov iştirak ediblər. Tədbiri filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev açaraq, müasir dövrdə təhsilin inkişafında müşahidə olunan yeni tendensiyaların onun keyfiyyət göstəricilərinin dönmədən yüksəldilməsi tələbini qarşıya qoyduğunu vurğulayıb. Qeyd olunub ki, gənc mütəxəssis hazırlığında ali təhsilin daim yenilənən təhsil proqramları öyrənmə və tədris fəaliyyətində innovativ tədris texnologiyalarının tətbiqinə əsaslanan şəxsiyyət və nəticəyönümlü təlim strategiyalarının reallaşdırılmasını, bununla da gənc mütəxəssislərdə zəruri peşə kompitensiyalarının formalaşdırılmasını hədəfləyir. Məhz buna görə də təlim prosesində koqnitiv və metakoqnitiv biliklərin əhəmiyyəti daim aktuallıq kəsb edir.
Sonra Yadigar Rəsulov MİQ və sertifikasiya imtahanlarının, kurikulumun mahiyyəti, mövcud problemlər haqqında geniş məruzə ilə çıxış edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonda Karyera mərkəzinin müdiri Xuraman Həmidova seminarın təşkilində göstərdiyi dəstəyə, əhatəli məruzəyə görə ŞHM-in rəhbərliyinə, təlimçi Yadigar Rəsulova təşəkkürunü bildirib və belə seminarların davamlı olmasının vacibliyini vurğulayıb.













