- Details
- Dərc edilib: 11 Mart 2026
- Oxunma sayı: 72
Martın 10-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tələbələrin gələcək karyeralarını qurmalarına dəstək məqsədilə təlim keçirilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə mərkəzin müdiri Xuraman Həmidova, Tələbə Elmi Cəmiyyətitnin (TEC) sədri baş müəllim Səadət Feyzullayeva, Humanitar fakültənin “Təhsidə sosial – psixoloji xidmət”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və Pedaqoji fakültənin “İbtidai sinif müəllimliyi” ixtisaslarının tələbələri iştirak ediblər. Əvvəlcə mərkəzin müdiri Xuraman Həmidova təlimin təşkilinin məqsədi haqında məlumat verib, sonra filialın Dillər və onların tədrisi texnologiyası kafedrasının müəllimi, Nuran Mürşüdzadə karyera planlamasının mərhələlərindən biri olan “CV” mövzusu üzrə əhatəli məlumat verib. Fəal diskussiya şəraitində keçən təlimin sonunda tələbələr iş axtarışı prosesində başlıca tanıtma vasitəsi olan müxtəlif müraciət və SV-formalarının hazırlanması ilə tanış oldular. Qeyd edək ki, filialda Karyera mərkəzinin təşkilatçilığı ilə tələbələrə bu cür təlimlər davamlı olaraq keçirilir və növbəti aylarda digər fakültə və ixtisaslarda təhsil alan tələbələr üçun də bu qəbildən olan təlimlərin təşkili nəzərdə tutulub.













