Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Karyeramızı necə qurmalı?” mövzusunda maarifləndirici tədbirlər silsiləsinə başlanılıb. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirlər buraxılış kurslarının tələbələri üçün nəzərdə tutulub.
Aprelin 8-də keçirilən ilk görüşdə Humanitar fakültənin “Azərbaycan dili və ədəbiyyatı”, eləcə də Pedaqoji fakültənin “Məktəbəqədər təhsil” və “Tarix müəllimliyi” ixtisasları üzrə bir qrup tələbə iştirak edib. Tədbirdə çıxış edən Karyera mərkəzinin müdiri Xuraman Həmidova əvvəlcə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib, sonra isə tələbələrə gələcək təhsil və peşə fəaliyyətlərində nəzərə alınmalı əsas məqamlarla bağlı tövsiyələrini bölüşüb.
Qeyd olunub ki, uğurlu karyera quruculuğu üçün məqsədyönlü planlaşdırma, özünü tanıma və davamlı inkişaf mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, məzunların Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müəllimlərin işə qəbulu və magistraturaya qəbul imtahanlarında əldə etdikləri nəticələrin təhlili, eləcə də məzunlar haqqında yaradılmış elektron məlumat bazasının mütəmadi yenilənməsi və təkmilləşdirilməsi zərurəti vurğulanıb. Bu məqsədlə iştirakçılardan gələcəkdə müvafiq məlumatları vaxtında Karyera mərkəzinə təqdim etmələri xahiş olunub.
Tədbir interaktiv müzakirə şəraitində davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki,cari tədris ilində filialda bakalavriat səviyyəsi üzrə müxtəlif ixtisaslarda təhsil alan 200-dən çox tələbə təhsilini başa vuracaq.





001002003
fondeduadpubir

VKkj