- Details
- Dərc edilib: 10 Aprel 2026
- Oxunma sayı: 65
Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Şəhər İcra Hakimiyyəti və filialın birgə təşkilatçılığı ilə “Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin tarixi: ilk Azərbaycan şəhərləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdən əvvəl iştirakçılar filialın kitabxanasının əməkdaşları tərəfindən foyedə təşkil edilmiş sərgi ilə tanış olublar.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun əməkdaşları, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov açaraq qeyd edib ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixində imzaladığı Sərəncama əsasən, 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Natiq bildirib ki, Prezidentin bu sərəncamı müstəsna əhəmiyyət kəsb edir və dövlətimizin keçmiş tarixi-mədəni irsə yüksək dəyər verdiyinin, o cümlədən ölkəmizin 2020-ci ildə işğaldan azad edilmiş ərazilərində nəhəng bərpa-quruculuq işlərinin geniş miqyas aldığının göstəricisidir.
Tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifovun “Bakı 2026: Ümumdünya Şəhərsalma Forumu”, filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmovun “Azərbaycanın qədim şəhərsalma ənənələri”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun “Şəkinin XVI-XIX əsrlər şəhər tarixi” və Şəki “Yuxarı Baş” Milli Tarix- Memarlıq Qoruğunun memarı Sehran Məmmədovun “Xalq memarlığının Şəki üslubunu formalaşdıran fasad naxışları” mövzularında çıxışları dinlənilib.
Konfrans filialın direktoru dosent Vurğun Məmmədovun yekun nitqi ilə başa çatıb.













