Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Xəzər İntellektual Gənclər Klubu” və “Consensus” Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə II Tələbələrarası Azərbaycan Kuboku çərçivəsində I turun yarışları baş tutub.
Yarışda iştirak məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə əvvəlcədən komandalararası seçim turu keçirilib. Aprelin 18-də təşkil olunan I turda ümumilikdə 70 nəfərdən ibarət 13 komanda iştirak edib.
Tədbirin təşkilində filialın Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri fəal iştirak edib, yarışın yüksək səviyyədə keçirilməsinə dəstək göstəriblər.
Yarışın nəticələrinə əsasən, “Barbarossa” komandası ən yüksək nəticə göstərərək I turun qalibi olub. “Retro Futura”, “Otan” və “Femina” komandalarınin hər biri 9, “Moda”, “24 aprel qiyamçıları” və “Turan” komandaları isə hər biri 8 bal ilə növbəti pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, yarışın növbəti mərhələsinin may ayının 2-də keçirilməsi planlaşdırılır.

 





001002003
fondeduadpubir

VKkj