- Details
- Dərc edilib: 06 May 2026
- Oxunma sayı: 154
Mayın 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin böyük mütəxəssisi İlhamə Həmidlinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri ilə görüşü təşkil olunub. Görüşün təşkilində məqsəd tələbələrə fondun fəaliyyəti haqqında məlumat vermək, onları təhsil tələbə krediti ilə bağlı maarifləndirmək olub. Görüşdə filialın rəhbərliyi, filial tələbələrinin təhsil krediti ilə bağlı məsul şəxslər - Pedaqoji fakültənin dekan müavini, baş müəllim Mehriban Kərimova, Humanitar fakültənin əməkdaşı Nigar Qafarova və müxtəlif ixtisasların tələbələri iştirak ediblər.
Tədbiri filialın direktoru, dosent Vurğun Məmmədov açaraq, Təhsil Tələbə Krediti Fondu (TTKF) barədə məlumat verib, təhsilə əlçatanlığın artırılması və tələbələrin sosial baxımdan dəstəklənməsi işində fondun rolunu vurğulayıb.
Daha sonra İlhamə Həmidli çıxış edərək tələbələrə Təhsil Tələbə Krediti Fondu, fonda müraciət prosedurları, kreditin üstünlükləri, eləcə də geri ödəniş şərtləri haqqında ətraflı məlumat verib. O həmçinin tələbələrin suallarını cavablandıraraq mövzu ilə bağlı geniş izahatlar təqdim edib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, tələbələr təhsil tələbə krediti sistemi haqqında ətraflı və praktik məlumatlar əldə ediblər.













