- Details
- Dərc edilib: 22 May 2026
- Oxunma sayı: 125
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri arasında müxtəlif fənlər üzrə keçirilmiş olimpiadaya yekun vurulub. Olimpiadanın nəticələrinə görə, Pedaqoji fakültənin “Məktəbəqədər təhsil” ixtisasının III tədris ili tələbəsi Jalə İsayeva ətraf aləmlə tanışlığın tədrisi metodikası fənni üzrə ən yüksək nəticəni göstərərək 99, Humanitar fakültənin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının I tədris ili tələbəsi Aytac Abdullaeva ingilis dili fənni üzrə 84 balla birinci, həmin ixtisasın IV tədris ili tələbəsi Aytac Kərimova ingilis dili fənni üzrə 80, Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Nərgiz Quliyeva tarix fənni üzrə 79, həmin fakültənin “Tarix müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Afşin Əhmədzadə tarix fənni üzrə 78 balla ikinci, Humanitar fakültənin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının I tədris ili tələbəsi Əli Əhmədov ingilis dili fənni üzrə 72, Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Jalə Yusifova coğrafiya fənni üzrə 72, “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Fatimə Məmmədzadə ingilis dili fənni üzrə 68, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Tariyel Abdulhəmidov coğrafiya fənni üzrə 68, həmin ixtisasın III tədris ili tələbəsi Məzahir Əhmədov coğrafiya fənni üzrə 66, Humanitar fakültənin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının II tədris ili tələbəsi Nəzrin Məmmədova ingilis dili fənni üzrə 64, Pedaqoji fakültənin “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Rəşad Əkbərov tarix fənni üzrə 60 balla üçüncü yeri qazanıblar. Qeyd edək ki, olimpiadada ümumilikdə 53 nəfər tələbə iştirak edib. Onlardan 18 nəfər Azərbaycan dili, 12 nəfər tarix, 3 nəfər coğrafiya, 3 nəfər ədəbiyyat, 1 nəfər psixologiya, 13 nəfər ingilis dili, 3 nəfər ətraf aləmlə tanışlığın tədrisi metodikası fənni üzrə olimpiadaya qatılıb. Olimpiadada ən yüksək nəticə göstərən tələbələrin filial rəhbərliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilməsi nəzərdə tutulub.













