Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayev mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında olub, filialın akt zalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin bir qrup direktoru, məktəbəqədər təhsil müəssisələrinin müdirləri və qabaqcıl müəllimlərlə görüş keçirib. Tədbir başa çatdıqdan sonra cənab nazir filialın direktoru və professor-müəllim heyətinin bir qrupu ilə görüşüb. Görüş zamanı filialın fəaliyyəti, tədris prosesi, fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verilib, həmçinin filialın fəaliyyət göstərdiyi müddət, tələbə qəbulu və mövcud təhsil imkanları müzakirə edilib, filialın maddi-texniki bazasının inkişaf etdirilməsi və perspektiv imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Cənab nazir filialın geniş həyətyanı sahəsi və yerləşdiyi ərazi infrastrukturu ilə də tanış olub, ərazinin əlverişli mövqeyi, genişliyi və inkişaf perspektivlərini yüksək qiymətləndirib.
Sonda xatirə şəkilləri çəkilib.





001002003
fondeduadpubir

VKkj