- Details
- Dərc edilib: 25 İyun 2026
- Oxunma sayı: 14
İyunun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev bildirib ki, zəmanəmizdə bəşəriyyəti böyük risklər və təhliklər qarşısında qoyan, insan səhhətinə və mənəviyyatına ciddi zərər vuran narkomaniya artıq qlobal ictimai bəlaya çevrilib. Ölkəmizdə bu zərərli vərdişlə mübarizə ilə əlaqədar 4 dəfə Dövlət Proqramı qəbul edilib. Ölkə Prezidentinin Sərəncamı ilə 2025-2030-cu illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” adlı Dövlət Proqramı üzrə proqram 30 sentyabr 2025-ci il tarixdə qəbul edilib, “Fəaliyyət Planı” hazırlanıb və icrasına başlanılıb.
Seminarda filialın Humanitar fənlər kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimli “Narkotiklər cəmiyyət üçün sosial bəladır”, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi”, Karyera mərkəzinin müdiri, baş müəllim Xuraman Həmidova “Gənclərdə antinarkotik dünyagörüşünün formalaşdırılmasının vasitə və yolları” mövzularında çıxışlar ediblər.













