Martın 12-də ADPU-nun Şəki filialında “Ailə-məişət zorakılığı davamlı insan inkişafının sosioneqativ təzahürlərindən biri kimi” adlı elmi konfrans keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti və müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov açaraq, müasir dövrdə ailə-məişət zorakılıqlarının artmasının ciddi problem olmasından və bu problemin həlli məqsədilə ölkədə həyata keçirilən mübarizə tədbirlərindən danışıb.
Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Cəmiyyətdə və ailədə qadınlara qarşı gender əsaslı, zorakılıqlar: səbəblər və nəticələr” mövzusunda məruzəsi dinlənilib. Daha sonra filialın əməkdaşları, baş müəllimlərdən Vaqif İsmayılov, Səadət Feyzullayeva, Kəmalə Ramazanova, müəllimlərdən Leyla Nuriyeva, Aygül Salamova və filialın “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ilinin tələbəsi Elnarə Sırafilova müxtəlif aktual mövzularda çıxış ediblər və mövzu ətrafında geniş müzakirə aparılıb.
Konfrans filialın direktoru, dos. Rafiq Rasulovun yekun sözü ilə başa çatıb.





001002003
fondeduadpubir

VKkj