Sentyabrın 27-də Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib. Tədbirlərdə şəhər rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, Vətən Müharibəsi iştirakçıları, qazilər, Şəkidə fəaliyyət göstərən kolleclərin, ADPU-nun Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Tədbir iştirakçıları səhər saatlarında Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin akt zalında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini dinləyiblər.
Sonra tələbələrin və musiqi məktəbinin şagirlərinin Anım Gününə həsr olunmuş kompozisiyası nümayiş etdirilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksini ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.





001002003
fondeduadpubir

VKkj