Sentyabrın 27-də ADPU-nun Şəki filialının Akt zalında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 27 sentyabr - “Zəfərə gedən yol” adlı anım tədbiri keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti iştirak edib.
Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə filialın direktoru, r.ü.e.d., dosent Rafiq Rasulov açıb. Natiq 27 sentyabr tarixinin Azərbaycanın şanlı tarixində silinməz iz buraxan bir gün olduğunu qeyd edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Bu gün ölkəmizin hər yerində torpaqlarımızın erməni tapdağından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hörmət və ehtiramla anılır.
Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Firədun İbrahimov, filialın elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyev, Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov, həmin kafedranın baş müəllimləri Həbibulla Manaflı, Tahir Məhərrəmov, Vaqif Aslanov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 44 günlik Vətən Müharibəsində Azərbaycanın Ali Baş Komandanı, möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və tarixi qələbə qazandı. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3000-ə yaxın vətən oğlu öz canından keçməklə 30 illik torpaq həsrətinə son qoydu. Bu gün şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur mənbəyimiz, qəhrəmanlıq örnəyimizdir. Qeyd olunub ki, nə qədər ki, Azərbaycan xalqı var, şəhidlərin xatirəsi daim əziz tutulacaqdır.
Sonra filialın akt zalında hazırlanan, Vətən müharibəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Vətən müharibəsi şəhidləri, qaziləri haqqında yazılar, onların fotoları, eyni zamanda filialın Vətən müharibəsində iştirak edən tələbə və məzunları haqqında materiallar nümayiş etdirilib.
Anım tədbiri başa çatdıqdan sonra filialın bütün kollektivi Şəki şəhərindəki Vətən Müharibəsi Şəhidlərinin Xatirə Kompleksini və şəhidlərin məzarlarını ziyarət edib, məzarlar önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.





001002003
fondeduadpubir

VKkj